Loading...
Loading...

Putinin Qarabağ planının daha bir detalı açıqlandı: Türkiyə də var…

Ötən gün iyulun 4-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin İrəvanda keçirilən toplantısı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni tərəfi ilə apardığı danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olub.

Virtualaz.org xəbər verir ki, bu haqda Lavrovu müşaiyət edən Rusiya nümayəndə heyətindəki mənbə “İzvestiya” qəzetinə bildirib.

Məlumata görə Lavrov xarici işlər nazirlərinin toplantısı çərçivəsində erməni tərəfi ilə qeyri-rəsmi görüşlər keçirib. Diplomatik mənbə deyib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanması prosesi olduqca aktiv, ancaq hədsiz tələskənliyə yol verilmədən gedir. “Rusiyanın mövqeyinə görə münaqişənin elə həlli zəruridir ki, bütün iştirakçılar, o cümlədən Dağlıq Qarabağ bu böhrandan maksimum ağrısız çıxa bilsin”-mənbə deyib.

Mənbənin bildirdiyinə görə, Rusiyanın tərəflərə təqdim etdiyi planda Ermənistanın sərhədlərinin təkcə Azərbaycan tərəfindən deyil, eyni zamanda Türkiyə tərəfindən də açılması nəzərdə tutulub. (Habelə planda Dağlıq Qarabağ bölgəsini də əhatə etməklə kommunikasiyaların açılması yer alır). “İzvestiya” qəzetini məlumatlandıran diplomatik qaynaq deyib ki,Ərdoğanın üzrxahlıq məktubundan sonra Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir edə bilər.

Xatırladaq ki, bu günlərdə Ermənistanda Putinin tərəflərə təqdim etdiyi Qarabağ planının bir çox detalları açıqlanıb. Plan münaqişənin mərhələli həllini nəzərdə tutur. Belə ki, Ermənistan Azərbaycanın işğal edilmiş rayonlarından 5-ni azad edir, Dağlıq Qarabağ isə “möhkəm aralıq statusa” malik olur. Yekun hüquqi statusun müəyyən edilməsinə dair referendum qeyri-müəyyən müddətə təxirə salınır. Əvəzində Dağlıq Qarabağın Azərbaycanın tərkibində yer alması, eyni zamanda görünən gələcəkdə müstəqilliyə malik olması nəzərdə tutulmur. Kəlbəcər və Laçının məsələsi də qeyri-müəyyən vaxta təxirə salınır.

Lakin Azərbaycan tərəfi bu planla razı deyil, Dağlıq Qarabağın formal da olsa Azərbaycanın tərkibində yer almasında israr edir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Azərbaycan yaxın aylarda hücuma keçəcək” – İrəvanda müharibə həyəcanı

Loading...
%d bloqqer bunu bəyənir: