Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Putinin katibi rusiyalı azarkeşlərə çağırış etdi

Rəsmi Kreml rus fanatların Fransadakı hərəkətlərini qəbul edilməz adlandırıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bundan başqa, Kreml sözcüsü rusiyalı fanatları qanunlara riayət etməyə və hər hansı təxribatla uymamağa çağırıb.

Kreml Fransanın Avro-2016 çərçivəsində Fransada olan rus azarkeşlərin ölkədən kütləvi deportasiya edilmək üçün Lil şəhərinə gətirliməsinə münasibət bildirib.

“Sözsüz ki, azarkeşlərin qanunsuz hərəkətləri qeydə alınıb. Bu tamailə qəbuledilməzdir. Biz hesab edirik ki, bundan sonra bizim azarkeşlər yerləşdikləri ölkənin qanunlarına tabe olacaqlar. Azarkeşlərimizi təxribatlara uymamağa çağırırıq. O ki, qaldı rus vətəndaşlarının Fransada maraqlarının müdafə edilməsinə, sözsüz ki, bu, təmin edilir və ediləcək. Bizim diplomatik və konsulluq nümayəndəliyi hazırda bu sahədə səmərəli işlər görür. Gəlin komandamıza mədəni şəkildə azarkeşlik edək”,- deyə Peskov əlavə edib.

Dmitri Peskov - Rusiya prezidentinin mətbuat xidmətinin başçısı

Fransada “Avro-2016” başlayandan bəri azarkeşlər arasında kütləvi dava düşüb. Futbol həvəskarları artıq bir neçə gündür ki, Marsel şəhərində iğtişaşlar yaradırlar.

Fransada təşkil olunan Avropa çempionatında ilk ölüm hadisəsi İngiltərə – Rusiya matçından öncə qeydə alınıb. Oyun qabağı hər iki komandanın azarkeşləri arasında qalmaqal yaşanıb. Fransa mətbuatı iddia edir ki, rus azarkeşlərin masa ilə başından vurduğu ingiltərəli azarkeş vəfat edib.

UEFA Rusiya yığmasını Avropa Çempionatından şərti olaraq diskvalifikasiya edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyə – İspaniya matçının hakimləri açıqlandı

%d bloqqer bunu bəyənir: