Loading...
Loading...
105633

Putinin hakimiyyətdən getməyi Qarabağ probleminin həllinə nə verə bilər?

Zərdüşt Əlizadə : “Heç bir halda problemin həlli baxımından nə isə dəyişilməyəcək, çünki…”

Məlum olduğu kimi, son vaxtlar ölkə mediasında Rusiya prezidenti Vladimir Putinin gələn il hakimiyyətdən gedəcəyi ilə bağlı informasiyalar yer almaqdadır. Maraqlıdır, deyilənlər öz təsdiqini taparsa, bu, Qarabağ probleminin həllində hansısa bir perspektiv aça bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Putinin hakimiyyətdən getməsinin belə Qarabağ probleminin həllində müsbət dəyişikliyə səbəb olmayacağını vurğuladı:

“Putin hakimiyyətdən gedəcəyi təqdirdə belə Dağlıq Qarabağ probleminin həlli baxımından heç nə dəyilməyəcək. Çünki Dağlıq Qarabağ probemi həm Rusiya, həm ABŞ, həm də Fransanın əlində Azərbaycan və Ermənistanı diz üstə çökdürmək baxımından təsirli bir alətdir. Heç kim bu alətdən könüllü imtina etməz. Odur ki, Putin hakimiyyətdən gedərsə belə, bu münaqişənin həlli üçün hər hansı perspektiv açmayacaq”.

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

SSRİ barəsində ŞOK FAKTLAR: Bakının işğalı, talanlar, terror və…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: