Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Putinin barmağında üzük peyda oldu

Hokkey üzrə ikiqat olimpiya çempionu Vladimir Petrov Rusiya prezidenti Vladimir Putinə çempionatda qələbənin şərəfinə qeyri-adi hədiyyə verib. ANS PRESS-in məlumatına görə, Petrov siyasətçiyə üzük təqdim edib.

Hadisə Kazanda bədən tərbiyəsinin və idmanın inkişafı üzrə prezident şurasının iclası zamanı baş verib. Olimpiya çempionu dövlət başçısı Vladimir Putinə 2015-ci il hokkey üzrə Rusiya çempionatının qalibinin üzüyünü hədiyyə edib.

“Biz keçən il də çempion olduq. Amma sizə hədiyyə təqdim etmədilər. Biz bilirik ki, siz “ordu” hokkeyini sevirsiniz. Buna görə mən sizə hədiyyə etmək istəyirəm”, – deyə Vladimir Petrov Putinə bildirib. Putin idmançıya təşəkkür edib və üzüyü qəbul edib.

Vladimir Putin

Vladimir Putin

2014/15 – ci il mövsümündə hokkey üzrə Rusiya çempionluğunu MOİK (Moskva) hokkeyçiləri qazanıb. Rusiya prezidenti Vladimir Putin qeyri-adi hədiyyələri tez-tez alır. Bir dəfə ona Rusiya imperiyasının tacını veriblər. Öz yubileyi şərəfinə şəxsi görüş zamanı aktyor Genadi Xazanov prezidentə tacın dəqiq surətini hədiyyə edib. Bundan başqa Hindistanın baş naziri Narenda Modi Rusiya prezidentinə qılınc və Mahatma Qandinin əlyazmasını hədiyyə edib.

Bolqarıstanın baş naziri Boyko Borisov Sofiyada keçirilən birgə mətbuat konfransında Putinə bolqar cinsindən olan küçük hədiyyə etmişdi. Vladimir Putinə tez-tez müxtəlif heyvanlar hədiyyə edilir. O, 2008-ci ildə ad günündə pələng balası hədiyyə almış, sonra isə onu zooparka vermişdi. 2005-ci ildə isə Tatarıstanda Vladimir Putinə at bağışlamışdılar.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Moskvaya ağır hərbi texnika yeridildi

%d bloqqer bunu bəyənir: