Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Putinin Bakı səfərinin ŞOK DETALLARI

Avqustun 8-də Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü olacaq. Avqustun 9-da isə Vladimir Putin Sankt-Peterburqda Ərdoğanla görüşəcək.

Publika.az xəbər verir ki, “Lragir” saytı Putinin Bakıda Dağlıq Qarabağ münaqişəsini, həmçinin, Serj Sarkisyanın gələcək taleyini həll edəcəyini yazıb.

“Putin Serj Sarkisyan olmadan İran və Türkiyə ilə razılaşacaq”, – deyə qeyd edən sayt yazır ki, avqustun əvvəlində Azərbaycan və Ermənistan prezidentinin Rusiyanın təşəbbüsü ilə görüşəcəyi gözlənilirdi: “Lakin bunun vaxtı hələlik dəqiq deyil. Fərz etmək olar ki, prezidentlərin görüşü Bakıda və Sankt-Peterburqdakı görüşlərdən asılıdır”.

Məqalədə erməni jurnalist Putinin Bakı və Sankt-Peterburqda nəzərdə tutulan görüşlərinin iki informasiya fonunda diqqət çəkdiyini qeyd edib.

“Birincisi, Türkiyə xarici işlər naziri Çavuşoğlunun Bakı ilə erməni-türk sərhədlərinin açılması məsələsini müzakirə etdiklərinə dair açıqlamasıdır. İkincisi isə İranın Gürcüstana Ermənistan vasitəsilə qaz ötürməklə bağlı razılıq əldə olunmasıdır. Bu iki hadisə bir-biri ilə əlaqəlidir və görünür, regionda İran və Türkiyə, həmçinin, Rusiya və Qərb arasında rəqabət güclənir. Mümkündür ki, Puitn-Ruhani görüşündə Rusiya qazının Ermənistan üzərindən getməsi ilə bağlı razılıqla olsun. Hətta Azərbaycan-Ermənistan sərhədinin açılması ehtimalı da var. Hansı ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Əgər bu ehtimallar varsa, o zaman Rusiya yaxın dövrdə münaqişənin həllinə nail olacaq”, – deyə məqalədə bildirilir.

Sayt Rusiyanın bütün bu məsələləri Ermənistansız müzakirə etdiyini və İrəvana heç bir məlumat verilmədiyini diqqətə çatdırıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Türkiyə NATO üzvlüyünü itirə bilər

%d bloqqer bunu bəyənir: