Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
107325

Putindən Ermənistana yeni -Qarabağ SÜRPRİZİ

“Rusiya Ermənistana yeni Qarabağ sürprizi hazırlayır”.

Bu barədə Ermənistanın “Aravot” qəzeti yazıb.
Qəzet qeyd edib ki, Rusiya və Ermənistanın vahid ordusunun yaradılması Ermənistan üçün tələdir: “Vahid ordu sülh vaxtı Ermənistan hərbi rəhbərliyinə, müharibə vaxtı isə birbaşa Rusiya hərbi rəhbərliyinə tabe olacaq. Bu, ilk şübhəli məqamdır. Digər tərəfdən, sənəddə göstərilir ki, bu ordu üçüncü ölkəyə qarşı yönləndirilməyib. Lakin vahid ordunun hansı təhlükəyə qarşı duracağı dəqiq açıqlanmır. Əgər razılaşmada “Üçüncü dövlətə qarşı yönəlməyib” qeydi varsa, deməli bu ordu Azərbaycan və Türkiyəyə qarşı heç nə etməyəcək. Ümumiyyətlə, açıq qalan suallar var və Ermənistan rəhbərliyi buna cavab vermir. Yalnız müəyyən ehtimallar irəli sürmək mümkündür”.
Qəzetin əsas ehtimalı odur ki, Moskva İrəvan üçün sürpriz hazırlayır və bu sürprizdə Qarabağın ayrıca yeri var.
“Azərbaycan və Rusiya münasibətlərinin səviyyəsi deməyə əsas verir ki, Qarabağda hansısa hərbi toqquşma zamanı Rusiya Ermənistanı dəstəkləməyəcək. Ehtimal ki, Moskvanın bu layihəsi erməni ordusunun üzərində nəzarəti tamamilə ələ almağa hesablanıb. Həmçinin, mümkündür ki, Moskva Qarabağ münaqişəsi ətrafında hadisələrin müəyyən inkişafı halında rus sülhməramlılarının daxil olmasına yaşıl işıq yandırılmasına çalışır”.(Publika.az)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Gözlər Eldar Mahmudovu axtarır – SABİQ NAZİR HARADADIR?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: