Advertisements
24 saat

Putindən dünyanı təəccübləndirən qərar


Rusiya prezidenti Vladimir Putin ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) təşkilatından çıxması ilə bağlı fərman imzalayıb.

Bu barədə Kremldən verilən məlumatda bildirilib.

Ölkə başçısı Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxarılmasını nəzərdə tutan fərmanı Ədliyyə Nazirliyinin tövsiyəsi və Xarici İşlər Nazirliyinin razılığı ilə imzalayıb. Putin sözügedən fərmanla bağlı BMT-nin baş katibinə məlumat verilməsi tapşırığını da verib.

Rusiya XİN-dən verilən açıqlamada BCM-nin müstəqil və səlahiyyətli məhkəmə orqanı olmadığı vurğulanıb.(qafqazinfo)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: