Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Putin vahid əməkdaşlıq zonası yaratmağı təklif etdi

“Avropa İttifaqı ilə münasibətlərdə həll olunmayan problem yoxdur”.

Ukraynada baş verən hadisələrdən lazımi nəticələr çıxarılmalı, Atlantikdən Sakit okeana qədər iqtisadi və humanitar əməkdaşlıq zonasının yaradılmasına başlanılmalıdır.

Bu barədə Rusiya prezidenti Vladimir Putin Yunanıstanın “Katimerini” qəzetində dərc edilmiş məqalədə bildirib.

Dövlət başçısının sözlərinə görə, bu proses bərabər və bölünməz təhlükəsizliyə əsaslanmalıdır. Bununla yanaşı, bu yolda mühüm addım Avropa və Asiya inteqrasiya proseslərinin harmoniyası olmalıdır.

Putin qeyd edib ki, Rusiya Avropa İttifaqı ilə viza liberallaşmasından enerji alyansının yaradılmasına qədər geniş məsələlər dariəsi üzrə bərabərhüquqlu, əsl tərəfdaş dialoqunun yaradılması mövqeyindən çıxış edir.

“Amma belə qarşılıqlı, səmərəli və perspektivli yol ilə addımlamaq istəyini avropalı həmkarlarımızdan hələlik görmürük”, – o əlavə edib.

Bununla yanaşı Rusiya hesab edir ki, Avropa ilə münasibətlərdə həll edilməyən məsələ yoxdur.

“Çoxplanlı tərəfdaşlıq yoluna dönmək üçün yalnız “bir qapıya oynamaq” kimi məntiqdən əl çəkmək, işdə isə bir-birinin fikir və maraqlarını nəzərə almaq lazımdır”, – Putin vurğulayıb.(oxu.az)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

İstanbul-London təyyarəsi Belqradda təcili eniş etdi

%d bloqqer bunu bəyənir: