Putin və Trampa XƏBƏRDARLIQ: “Bu, faciəli addım olacaq”

Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat şefi şahzadə Türki Faysal əl-Səud Suriya üzrə mümkün razılaşma ilə bağlı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, keçmiş kəşfiyyat rəisi mümkün razılaşmanın faciəyə dönəcəyini bildirib.

“Əgər Donald Tramp Suriya üzrə Rusiya və İranla saziş bağlamağa qərar verərsə, bu, ən faciəli addım olacaq. Biz İranla sazişin bağlanması anından Suriyaya İran əsgərlərinin kütləvi axınını gördük. Bu, kütləvi ölümlərə gətirib çıxardı”, – şahzadə deyib.

O, Trampı prezident vəzifəsinin icrasına kimi “əsas terrorçu”nu – Suriya lideri Bəşər Əsədi dayandırmaq üçün Yaxın Şərqdə Amerikanın dostları ilə görüşməyə və onlara kömək etməyə çağırıb.

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Gülənin işi bitdi: Bu şəxs ABŞ müdafiə naziri olur

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: