Putin və Sarkisyan Moskvada görüşəcəklər

Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-da Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edəcək.

24saat.org xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.
“Yükək səviyyədə aparılacaq danışıqların gedişatında siyasi, iqtisadi-ticarət və humanitar sahədə qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi, Avrasiya məkanında inteqrasiya prosesində irəliləyişlərin nəzərdən keçirilməsi planlaşdırılır”, – məlumatda deyilir.
Qeyd edilir ki, danışıqlar zamanı bir sıra aktual beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, avqustun 8-də Bakıda Rusiya, Azərbaycan və İran liderlərinin görüşü keçiriləcək.
Bakı görüşünün gedişatında Rusiya prezidentinin Azərbaycan və İran liderləri ilə ikitərəfli danışıqlarının keçirilməsi də planlaşdırılıb.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Türkiyədə qəzetin hamilə işçisi döyüldü – Hicabsız olduğuna görə

%d bloqqer bunu bəyənir: