Now Reading:
Putin və Ərdoğan ‘Su-24’ təyyarəsinə görə təzminat məsələsini müzakirə edəcək – Açıqlama
Full Article 40 second read

Putin və Ərdoğan ‘Su-24’ təyyarəsinə görə təzminat məsələsini müzakirə edəcək – Açıqlama



“Türkiyə hələlik Rusiyaya vurulmuş “Su-24” təyyarəsinə görə təzminat ödəməyib.

Çox guman ki, məsələ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşdə müzakirə ediləcək.”

“Report”un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın məktubunda və bunun ardınca baş tutan telefon danışıqlarında bir çox məsələlər artıq deyilib. “Bu addımlar hər iki liderin Sankt-Peterburq görüşünə gətirib çıxardı. Ümid edirəm ki, bu addımlar gələcəkdə Rusiya ilə Türkiyə arasında bütün sahələrdə münasibətlərin normallaşdırılmasına da gətirib çıxaracaq”, – RF prezidentinin köməkçisi deyib.

Rusiyanın təzminat barədə tələbinə dair suala Y.Uşakov belə cavab verib: “Biz bu məsələni müzakirə edəcəyik”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: