Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Putin: “Türkiyə şirkətlərinə qarşı sanksiyalar tədricən qaldırılacaq”

Rusiya türk şirkətlərinə qarşı sanskiyaları mərhələlərlə qaldırmaq niyyətindədir – “bu texniki məsələdir və yaxın zamanda həll olunacaq,” Türkiyə prezidenti Recep Tayyip Erdoğanla birgə mətbuat konfransında Vladimir Putin deyib.

Türkiyəyə qarşı iqtisadi və viza sansksiyaları 2015-ci ilin noyabr ayında, Rusiya təyyarəsinin Türkiyə qırıcıları tərəfindən vurulmasından sonra tətbiq edilib.

Rusiya, Türkiyə ilə iqtisadi əməkdaşlıq və digər əlaqələri bərpa etməyə hazırdır, prezident Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğanla Sankt Peterburqda görüşündə deyib.

Bu, cənab Erdoğanın ötən ay çevrilişə edilmiş cəhddən sonra ilk xarici səfəridir.

Cənab Erdoğan həmkarına təşəkkür edərək deyib ki, “sizin çevrilişə cəhddən sonra dərhal zəng etməniz çox xoş idi”.

Görüş Qərbin Türkiyəni çevrilişdə ittiham edilənləri həbs etmək barədə tənqidinin səbəb olduğu sərin münasibətlər fonunda baş tutur.

Cənab Erdoğan Sankt-Peterburqa getməzdən öncə cənab Putini “dost” adlandırıb və deyib ki, o Rusiya ilə münasibətləri “yenidən qurmaq” istəyir.

İki ölkə arasında münasibətlər ötən ilin noyabrında, Rusiyaya məxsus hərbi təyyarə Suriya sərhəddində Türkiyə tərəfindən vurulandan sonra pisləşmişdi və bu hadisədən sonra Rusiya ticari əlaqələrə sanksiya qoymaqla yanaşı Türkiyəyə turist səfərlərini də dayandırdı.

İyun ayında Kreml bəyan etmişdi ki, cənab Erdoğan vurulan hərbi təyyarəyə görə üzr istəyib və həlak olan pilotun ailəsinə başsağlığı məktubu göndərib.

Sankt-Peterburqda həmçinin ticarət, investisiya və vacib turizm əlaqələrinin bərpası da müzakirə olunmalıdır.

İki liderin həmçinin indiyə qədər bir-birinə müxalif olan düşüncədə olduqları Suriya məsələsini də müzakirə edəcəyi deyilir.

BBC müxbiri Sarah Rainsford deyir ki, Rusiya çevriliş cəhdindən sonra Türkiyənin Avropa ilə yaranan soyuq münasibətlərindən xeyri götürməyə çalışır.

Cənab Erdoğan çevrilişlə bağlı kütləvi həbslərə görə Avropa Birliyi və ABŞ-ın tənqidlərindən hirslənib.

Çevrilişə cəhdə görə 18 minə yaxın insan ya saxlanılıb ya da həbs olunub, o cümlədən kütləvi sayda hərbi vəzifə dəyişikliyi olub.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Rio-2016 bayrağa görə çinliləri cinləndirib

%d bloqqer bunu bəyənir: