Putin səyahət qadağasını qaldırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səyahət qadağasının qaldırılmasına çağırıb. O bu barədə türkiyəli həmkarı Recep Tayyip Erdogan-la telefon söhbətindən sonra danışıb.

Putin-lə Erdogan iyunun 29-da 45 dəqiqə telefon söhbəti ediblər. Bu, ötən noyabrda Türkiyə Rusiya təyyarəsini vurandan bəri iki liderin ilk ünsiyyəti idi. Həmin insident zamanı rusiyalı pilot həlak olmuşdu. Bundan sonra Moskva rusiyalıların Türkiyəyə səyahətinə qadağa, Ankaraya iqtisadi sanksiyalar qoyub.

Bir neçə gün öncə Erdogan-ın Putin-ə məktubunda insidentə görə üzrxahlıq etdiyi bildirilir. Putin deyib ki, Erdogan-ın məktubu ikitərəfli münasibətlərdə “böhran bölümünü” bağlamağa şərait yaradıb.

Putin onu da deyib ki, hökumət Türkiyə ərzağına embarqonun qaldırılmasına da baxacaq.

Kremlin qadağası rusiyalı turistlərdən asılı olan Türkiyə kurortlarına böyük zərbə vurub.

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Qubernator aclığa başlayır

%d bloqqer bunu bəyənir: