Now Reading:
Putin Obama ilə danışıqların uğursuz olduğunu bəyan etdi
Full Article 30 second read

Putin Obama ilə danışıqların uğursuz olduğunu bəyan etdi



Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq müzakirə forumunun plenar iclasında qeyd edib ki, Suriyada qan tökülməsinin dayandırılması hələlik ümümkün deyil.

Bu barədə oktyabrın 27-də, “İnterfax” nəşri xəbər yayıb.

Xəbərdə bildirilir ki, Rusiya dövlət başçısı ABŞ prezidenti Barak Obama ilə şəxsi danışıqların nəticəsiz qaldığını bəyan edib.

“Uzun müddət aparılan danışıqlar, böyük əziyyətlər və çətin güzəştlərdən sonra terrorçulara qarşı mübarizədə birgə cəbhənin formalaşması gözlənilirdi, lakin bu baş vermədi. Amerika Birləşmiş Ştatlarının prezidenti ilə şəxsi danışıqlarımız da alınmadı”, – Putin əlavə edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: