Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
vitali-mutko.jpg

Putin Medvedevə yeni müavin təyin etdi

Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedevə yeni müavin təyin edib.

Putinin bu gün imzaladığı sərəncama əsasən, Rusiyanın idman naziri Vitali Mutko baş nazirin müavini postuna gətirilib. Mutko hökumətin idman, turizm və gənclik siyasətini kurasiya edəcək. Kremlin yeni təyinatla bağlı yaydığı xəbərdə bildirilir ki, prezidentin məlum sərəncamı bu gündən qüvvəyə minir. İdman naziri postuna isə Mutkonun müavini Pavel Kolobkov təyin olunur.

Bir neçə gün əvvəl Putin ölkənin idman, gənclik və turizm siyasəti üzrə kuratorluğu gücləndirməyin zəruriliyindən danışmışdı. Bundan sonra baş nazir Dmitri Medvedev bu posta Mutkonun namizədliyini irəli sürmüşdü. Görünən odur ki, Medvedevin təklif etdiyi kadr Putini də qane edib. Buna qədər Rusiya hökumətində gənclər və turizm siyasətini baş nazirin müavini Olqa Qolodets, idman siyasətini isə digər müavin Arkadiy Dvorkoviç kurasiya edirdi. Vitali Mutko idman naziri postunu 2008-ci ildən tuturdu. Bu ilin sentyabrında isə o, Rusiya Futbol Şurasına prezident seçilmişdi.

 

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

“Dünyada NATO standartına tam cavab verən ordu yoxdur”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: