“Putin ittifaqı”na üzvlük Ermənistana nə verdi? –2 ilin nəticəsi ortada – Təhlil

Lragir.am, 03.01.2017
Ermənistanın Rusiyanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmasının iki ili tamam olub. Bu Birliyə üzvlüyün zərurəti Ermənistanın siyasi və iqtisadi maraqları, həmçinin təhlükəsizlik təsəvvürləri ilə əsaslandırılıb.

“Məlumatlandırılmış Vətəndaşlar Birliyi” bu səbəbdən ötən iki il müddətində göstərilən sahələrdə hansı dəyişikliklərin baş verdiyini xülasə etmək qərarına gəlib.

 

İqtisadiyyat

 

Ermənistanın ümumi daxili məhsulu (ÜDM) 2014-cü ildə 11,6 milyard ABŞ dolları təşkil edibsə, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2016-cı ildə 10,7 milyard dollar olub.

Ermənistanın beynəlxalq ehtiyatları da azalıb. Bu, 2014-cü ildə ortalama 1,8 milyard dollar təşkil edibsə, Mərkəzi Bankın məlumatına görə, hazırda bu göstərici 1,7 milyard dollardan azdır.

Ermənistanın xarici ticarət dövriyyəsində daha böyük tənəzzül qeydə alınıb. İdxalat 2014-cü illə müqayisədə 2016-cı ildə 28% azalıb. Həmin dövrdə ixracat 16% artsa da, bu, Ermənistanın ticarət mövqelərinin güclənməyi və Ermənistan istehsalının inkişafının nəticəsi deyil, Ermənistana idaxl edilən Türkiyə mallarının təkrar ixracatından meydana çıxıb.

Həm də ixracatın ümumi həcmindən “türk axını”nı çıxdaş etsək, iddia etmək mümkündür ki, ixracat tənəzzülə uğrayıb.

Əvəzində Ermənistanın dövlət borcu çoxalıb. Bu, iki il öncə 4,4 milyard dollar təşkil edirdisə, indi 26% artaraq 5,6 milyard dollara çatıb.

 

Təhlükəsizlik

 

2014-cü illə müqayisədə 2015-ci ildə sərhəddə atəşkəs rejiminin pozulması halları intensivləşib (103%), 20 illik fasilədən sonra artilleriya atəşi təzələnib.

Azərbaycan 2016-cı ildə Qarabağda müharibəyə başlayıb və Ermənistan tərəfi bu gedişatda 100-ə yaxın qurban verib – o cümlədən mülki əhali və uşaqlar arasında.

Və 2014-cü ildə atəşkəs rejiminin pozulması üzündən Ermənistanda 26 əsgər həlak olubsa, bu rəqəm 2015-ci ildə 40-a çatıb, 2016-cı ildə isə 110-dan yuxarı olub. Atəşkəs rejiminin pozulması nəticəsində 2014-cü ildə bir nəfər də mülki şəxs həlak olmayıb, 2015-ci ildə 3, 2016-cı ildə isə 4 bu cür hadisə qeydə alınıb.

 

Demokratiya

 

Məlum olduğu kimi, Ermənistan xeyli illər ərzində ləng olsa da, demokratikləşmə yolu ilə gedirdi. Polis ilbəil tədricən islah olunur, bəzi sahələrdə korrupsiyanın səviyyəsi azalmışdı. Hətta seçkilər də hər dəfə daha dinc və əvvəlkilərə nisbətən zorakılığın azalması ilə keçirdi. Lakin 2015-ci ildə tamamilə əks mənzərə müşahidə olunub. Dekabrın 6-da baş tutmuş konstitusiya referendumunda keçən seçkilərdə yaddan çıxmış saxtalaşdırma texnologiyaları və müşahidəçilər, müxaliflərə münasibətdə zorakılıq tətbiq edilib – 2013-cü ildə belə hallar olmayıb. Məsələn, hətta polis 2014-cü ildə mitinq və nümayişlərdə cəmi 52 vətəndaşı müvəqqəti saxlayıbsa, 2015-ci ildə bu rəqəm 7 dəfə artaraq 380-ə çatıb. 2016-cı ildə dinc etiraz aksiyalarndan  900-dən çox vətəndaş müvəqqəti həbs edilib. Həm də əvvəllər dinc nümayişçiləri bir neçə saatdan sonra azad edirdilərsə, 2016-cı ildə yüzlərlə etirazçı günlərlə həbsdə qalıb və 20-dən çox dinc müxalif indiyədək barmaqlıqlar arxasındadır.

Polis 2015-ci ilin iyununda suvuran və kobud qüvvə tətbiqi ilə dinc nümayişçiləri dağıdıb. 2016-cı ildə isə gözyaşardıcı qaz, işıqlı-küylü qranatlar və digər sərt üsullar işə salınıb. Nəticədə 100-dən çox dinc sakin (o cümlədən jurnalistlər) xəstəxanya düşüb

 

Tərcümə Strateq.az-ındır.

24saat.org
Loading...

Qarabağ kimindir? – AYNUR İMRAN YAZIR

Sonrakı Yazı »

Trampın “dinc Amerika”sı və İranla müharibə istəyən generalları – Növbəti hədəf niyə Tehran elan olunub?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: