Advertisements
24 saat

Putin İlham Əliyevin evində -Foto

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini evinə çay süfrəsinə dəvət edib.

24saat.org  xəbər verir ki, prezidentlər çay süfrəsi arxasında səmimi söhbət ediblər.
Dövlət başçıları söhbət zamanı Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşünün çox uğurla başa çatdığını məmnunluqla qeyd edib, bu tədbirin ölkələrimiz arasında və regionda əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağına əminliklərini bildiriblər.
Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezidentlər əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: