24 saat

Putin: “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real həllini istəyir”


Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real həllini istəyir. RİA “Novosti” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O, Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşdən sonra deyib ki, Ermənistan və Azərbaycan real olaraq Dağlıq Qarabağ böhranından xilas olmaq istəyir.

V.Putin vurğulayıb ki, Rusiya Yerevanla Bakı arasında gərginliyin azalmasında maraqlıdır və kompromisin əldə olunması üçün həll yollarının axtarılmasında yardımını davam etdirəcək: “Rusiya qonşuları arasında yaranmış gərgin münasibətin aradan qaldırılmasında maraqlıdır. Biz ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həll yolunun tapılmasında və Yerevanla Bakı arasında birbaşa əlaqələrin yaradılmasında köməyimizi davam etdirəcəyik. Ümidvarıq ki, Ermənistan və Azərbaycan bu münaqişədən nə qalib, nə də məğlub kimi çıxacaq, ümumi bir kompromis yolu tapılacaq”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: