Putin Çinə gedir

Rusiya Prezidenti Vladimir Putin iyunun 25-də çinli həmkarı Xi Jinping-in dəvətilə Çinə səfər edəcək. Bu barədə prezidentin mətbuat xidməti iyunun 20-də məlumat yayıb.

“İki ölkə lideri Rusiya-Çin münasibətlərinin daha da inkişaf etdirilməsini hədəfləyən spesifik addımları müzakirə edəcəklər”, məlumatda deyilir.

Prezidentlər beynəlxalq məsələləri də götür-qoy edəcəklər. Buraya BMT, BRICS təşkilatı, Böyük 20-lik, Şanxay Əməkdaşlıq Təşkilatına aid məsələlər daxildir.

Liderlərin nəqliyyat infrastrukturunu, qlobal naviqasiya peyk sistemlərimi, Şimal Dəniz Marşrutunu, Belkomur dəmiryolunu, Ağ Dənizlə Ural arasında əlaqə yaradılmasını da müzakirə edəcəyi gözlənilir. Bunu Rusiya Baş nazirinin müavini Dmitry Rogozin iyunun 20-də deyib.

Loading...

Politoloqdan ŞOK – “Həmin erməni Azərbaycandadır”

Sonrakı Yazı »

10 ildən sonra aclıq olacaq – Alimlərdən XƏBƏRDARLIQ

%d bloqqer bunu bəyənir: