Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Putin Ərdoğana zəng elədi

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

RIA Novosti-nin verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında telefon danışığının başladığını və hazırda davam etdiyini bildirib.

“Milliyet” xəbər verir ki, Türkiyə vaxtı ilə saat 12.00-da (Bakı vaxtı ilə 13.00) başlayan telefon danışığı zamanı ikitərəfli münasibətlərin son vəziyyəti və gələcəyi, Atatürk Hava Limanında törədilən terror aktı barədə müzakirələrin aparılması gözlənilir.

Telefon danışığından sonra tərəflər rəsmi açıqlama verəcək.

Xatırladaq ki, ötən gün Türkiyə və Rusiya prezidentləri arasında Rusiya tərəfinin təşəbbüsü ilə bu gün telefon danışığının baş tutacağı barədə məlumat verilmişdi.(APA)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Sabiq polis polkovnikini və doğmalarını qətlə yetirən gənclərin həbs müddəti uzadılıb

%d bloqqer bunu bəyənir: