Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Pulsuz dərsliklərə də tamah saldılar

Təhsil Nazirliyi etiraz edir, mağazalar isə kitabla doludur

Təhsil Nazirliyi Azərbaycanda orta məktəb dərsliklərinin satışa çıxarılması məsələsinə aydınlıq gətirib. Nazirliyin mətbuat katibi Cəsarət ValehovModern.az-ın sorğusuna cavab olaraq bunun yalan informasiya olduğunu deyib:

“Azərbaycanda orta ümumtəhsil müəssisələrində şagirdlərin istifadəsi üçün nəzərdə tutulmuş bütün dərsliklər pulsuzdur. Nazirlik olaraq valideyn və şagirdlərə müraciət etmişdik ki, sentyabrın 5-nə qədər dərslikləri məktəblərdən təhvil götürsünlər. Amma müşahidə edirik ki, ayrı-ayrı məktəblərdə şagirdlərin kitabları təhvil alması ilə bağlı gecikmələr var. Uşaqlar və valideynlər müvafiq olaraq öz yerlərində olmurlar. Yaxud istirahətdən hələ qayıtmayıblar”.
Təhsil Nazirliyi bunu inkar etsə də, kitabların satışda olması faktdır. Yaxşı olar ki, Təhsil Nazirliyinin sözçüləri kabinetdə oturub bəyanat vermək əvəzinə, kitab satışı mərkəzlərinə yollansınlar. O zaman kitabların satıldığına əyani şahidlik etmiş olarlar.
Bütün dövrlərdə problemlərə bu formada yanaşılıb. “Yalandır”, “qərəzlidir”, “həqiqətə uyğun deyil” kimi arqumentlərlə problemi ört-basdır etməyə çalışıblar.
Hansıki, bu faktlarla bağlı dərhal araşdırılma başlanmalı, kitabların hansı vasitələrlə satışa çıxarıldığı aydınlaşdırılmalıdı/
Və nəhayət, “Report”un əməkdaşları bir neçə mağazada olub və satışda hansı dərsliklərin olması ilə maraqlanıb: “Gəzdiyimiz mağazalarda istənilən fənn üzrə bütün siniflər üçün nəzərdə tutulmuş dərsliklər satılırdı. Satışa daha çox “Şərq-Qərb” nəşriyyat evində nəşr olunmuş kitablar çıxarılıb. “Azəri” poliqrafiya , “Xəzər”, “Təhsil” eləcə də müxtəlif adlı nəşriyyatların məhsulları olan dərsliklərin qiyməti 3 manatdan başlayır. Ən bahalı dərslik 6,5-7 manata satılır. Daxil olduğumuz mağazaların hər birində kifayət qədər dərsliklər var idi”-deyə “Report.az” yazır. Hətta satışda olan kitabların fotoları da yayılıb.
Bəli, tamah salmadıqları təkcə dərsliklər qalmışdı, onu da hədəf seçdilər. Ən ağır vəziyyətdən də pul qazanmaq üçün yararlanmağa çalışırlar. Birlirlər ki, ailələr bu kitabları almağa məcburdular.
Və həmişəki kimi hüquq mühafizə orqanları bu faktlarla bağlı ölçü götürmür, işbazlar sərbəst şəkildə fəaliyyət göstərir.
Samir

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İcra başçısı Bərdənin büdcəsinə “süpürgə çəkib”

%d bloqqer bunu bəyənir: