Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
64117

Prorektorun otağından külli-miqdarda pul oğurlayanlar ifadə verdi

“Bilirdim ki, semestr imtahanı ilə bağlı yanvar ayında pul yığılır, seyfdə 120 min manat pul olub”
Bakı Ağır Cinayətlər Məhkəməsində Odlar Yurdu Universitetinin prorektorunun iş otağından oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışıyev və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.  Təqsirləndirilən şəxslər Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından oğurluq etməkdə, ona ümumilikdə 429 min 172 manat dəyərində ziyan vurmaqda ittiham olunurlar.

Təqsirləndirilən şəxslər elan olunan ittiham üzrə özlərini qismən təqsirli biliblər. Vüqar Vəliyev isə özünü təqsirli bilmədiyini deyib.
Təqsirləndirilən Sübhan Ələkbərov ifadə verərək deyib ki, Odlar Yurdu Universitetinin çayxanasına çay içməyə gedirmiş: “Mən boynuma alıram ki, bu cinayəti etmişəm. Vüqarın ofisində olmuşam. Mən bilirdim ki, semestr imtahanı ilə bağlı yanvar ayında pul yığılır. Bu oğurluq işi haqqında Vüqar Vəliyevlə aramızda söhbət olub. Yeznəm Vüqar bildirdi ki, oğurlanacaq pulun 20 faizi ona çatmalıdır. Mən də təhlükəsizlik kameralarının olduğu yerləri dəqiqləşdirdim, cinayəti törədəcək adamları müəyyənləşdirdim və seyfi oğurladıq. Seyfdə 120 min manat pul olub. Mənə oradan 113 min 500 manat verdilər. Bu puldan 55 min dollar və 31 min manat zərərçəkmişə qaytarmışam. Pulun 20 min manatını Vüqara verdik”.
Digər təqsirləndirilən Mirsənan Seyidov isə ifadəsində deyib ki, Sübhan Ələkbərov ona Bakıdan qız qaçırmağı təklif edin: “Mənə zəng etdi ki, gəl, qız qaçıraq. Mən də Sabirabadda yaşayıram. Sabirabaddan maşınımla bura gəldim. Amma bu iş alınmadı və 5 min manatı Sübhanın özünə qaytardım”.
Proses noyabrın 18-də davam etdiriləcək.
bizimyol.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

DİN Gəncədə aktivistlərin döyülməsinə münasibət bildirdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: