Now Reading:
Prokurorluq orqanlarına işə qəbulun nəticəsi – 125 nəfərlik SİYAHI
Full Article 40 second read


Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, prokurorluğu orqanlarında işə qəbul olunmaq üçün keçirilən müsabiqədə 125 nəfər növbəti mərhələyə keçib.

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən, prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekunvurulub.

Yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında və Qəbul otağında yerləşdirilib.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanan 125 namizəd 29 avqust 2016-cı il tarixdən etibarən Baş Prokurorluğun Kadrlar idarəsinin müəyyən etdiyi cədvələ uyğun olaraq Qaydaların 7.5-сi bəndin əəsasən Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcəkdir (ünvan: Bakışəhəri, N.Rəfibəyliküçəsi, 7).

Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumat almaq üçün 492-06-82, 492-63-62 və 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: