Now Reading:
Prokurorluq: Gülenlə bağlı kitablar “qadağan deyil”
Full Article 40 second read

Prokurorluq: Gülenlə bağlı kitablar “qadağan deyil”



Amerikada sürgündə yaşayan türkiyəli ilahiyyatçı Fethullah Gülenlə bağlı kitabların Azərbaycanda saxlanması və ya oxunması qadağan deyil, Baş Prokurorluğun sözçüsü Eldar Sultanov BBC Azərbaycancaya deyib.

Bu şərh, ötən həftə Bakıda müxalifət fəallarının həbsindən sonra onlardan Gülenlə bağlı “qanunsuz” kitabların müsadirə edilməsindən sonra verilib.

Ötən həftə AXCP Xətai rayon Gənclər Komitəsinin sədri Fuad Əhmədli və Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirli saxlanılıb və onların barəsində əvvəlcə, 48 saat saxlanılması haqda qərar, daha sonra isə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Müxalifət, bu həbsləri hakimiyyətin öz opponentlərinə növbəti hücumu hesab edir və Azərbaycanda “Fəthullah Gülənlə 11 gün” kitabının Baş prokuror Zakir Qaralovun əmisinin redaktorluğu ilə çapdan çıxdığını deyir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: