Loading...
Loading...
60635-2

Prokuror törətdikləri cinayəti telefonla çəkən dəstə üzvlərinə 30 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda, dələduzluqda, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Hikmət İsgəndərovun 10 il, Qafar Bağırbəyovun 12 il, Rauf Əlimuxtarov və İbadulla Əlimuxatrovun isə hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə edən vəkillər çıxış ediblər. Onlar hüquqlarını müdafiə etdikləri şəxslərə yüngül cəzalar verilməsini istəyiblər.

Məhkəmənin növbəti prosesi oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, dəstə üzvlərini Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıblar. İlkin dindirilmə zamanı dəstənin başçısı, əvvəllər məhkum olunmuş, Yasamal rayon sakini 18 yaşlı H.İsgəndərovun Bədəlov Əli Mahmud oğluna və Süleymanov Fuad Əli oğluna qarşı bıçaqla hədələməklə soyğunçuluq etdiyi məlum olub. Bundan başqa, dəstə üzvləri Yasamal rayonu, Şərifzadə küçəsində avtobus sürücüsü və onun köməkçisini döyərək ağır bədən xəsarətlərini yetirdiklərini də etiraf ediblər. Onlar Orucov Şamxal İbrahim oğlundan ona məxsus mobil telefonu dələduzluq yolu ilə ələ keçiriblər. İstintaq zamanı H.İsgəndərovun telefonuna baxış keçirərkən onun cinayət əməllərini mobil telefonuna çəkdiyi də məlum olub.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

“Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: