Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qiyas.jpg

Prokuror “Nida”çı gəncə 9 il həbs istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxış edərək Q.İbrahimlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Q.İbrahimli Cinayət Məcəlləsinin 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməklə;) və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədilməklə) maddələri ilə təqsirləndirilir.

Onu da xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.

Q.İbrahimli ittihamı qəbul etmədiyini və özünü təqsirsiz saydığını deyib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

ABŞ səfiri: “Biz Azərbaycanla daha sıx münasibət istəyirik"

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: