Loading...
Loading...

Prokuror azərbaycanlı futbolçunu öldürən erməniyə 13 il həbs istədi

Bu gün Yekaterinburqun Çkalov Rayon Məhkəməsində futbol üzrə Azərbaycan çempionu Emil Hüseynovun qətli işi üzrə müzakirə olub.

Anspress-in məlumatına görə, dövlət ittihamçısı təqsirləndirilən yeganə şəxs – erməni düyüşçü və Sverdlov vilayətinin qarışıq döyüş sənəti üzrə yığmasının üzvü Tiqran Çiçakyan üçün tələb olunan müddəti səsləndirib.

“Prokuror ittiham olunan şəxsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Zərərçəkən tərəfə maddi və ya mənəvi ziyanın ödənilməsi haqqında tələblər yoxdur”, – deyə Sverdlovsk Vilayəti Prokururluğu mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Xatırladaq ki, E. Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqda kafelərin birində baş vermiş insident nəticəsində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədənlər dərhal aradan çıxıb. Araşdırma zamanı məlum olub ki, həmyerlimizi bıçaqlayan milliyyətcə erməni Tiqran və Andranik Çiçakyan qardaşlarıdır.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Səddam Hüseynin “Ölümdən sonrakı lənəti”

%d bloqqer bunu bəyənir: