Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
milli-bank2-1

Problemli kreditlər 283 milyon manat artıb

«Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb».

Bu haqda iqtisadçı ekspert Vüqar Bayramov «Facebook» səhifəsində yazır. O yada salır ki, 2016-cı ilin əvvəllərində bu göstərici 1 milyard 314 milyon manat olub: «Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb. Problemi kreditlərin ümumi kredit portfelində payı artıq 10 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, hər 100 manatlıq kreditin 10 manatı geri qayıtmır. Bu isə bank sektoru üçün yetərincə ciddi rəqəmdir».

«DAHA ÇOX ARTIMLAR MÜŞAHİDƏ EDİLƏCƏK»

Ekspert qeyd edir ki, sözügedən dövrdə ümumi kredit portfelinin həcmi 16 milyard 785 milyon manat olub: «Amma problem heç də yalnız problemi kreditlərin həcminin artımında deyil. Məsələ ondadır ki, bu ilin əvvəlində Mərkəzi Bankın 5 min dollaradək götürülmüş kreditlərə kompensasiya verməsi üçün cəmi 250 milyon manat tələb edilirdi. Mərkəzi Bank (MB) kompensasiya vermədi, amma banklar 250 milyon manatdan daha çox itirdilər. Monitorinqlər göstərir ki, yubanmalar, əsasən, istehlak kreditləri, yəni kompensasiya təklif edilən kredit xətləri üzrə qeydə alınır».

V.Bayramov məhz məzənnə fərqinə görə növbəti dövrdə problemli kreditlərin həcmində daha çox artımlar müşahidə ediləcəyini vurğulayır: «Deməli, kompensasiya verməməklə «maliyyə intizamı»nı qorumağa çalışdığını bəyan edən MB, əslində, problemli kreditlərin həcminin artmasına şərait yaratmaqla bank sektorunda bu «intizam»ı pozmuş oldu».

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

IEA: 2017-də bazar neftə boğulacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: