Problemli kreditlərin həcmi maksimuma çatıb


Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi iyun ayının 1-nə 1 514,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu göstərici ilk 4 ayın yekunu ilə müqayisədə 9,62% çoxdur.

Yalnız may ayında problemli kreditlərin həcmi 132,9 mln. manat artıb.

Bununla belə, ötən ilin sonuna nisbətən vaxtı keçmiş kreditlər 5,7 mln. manat və yaxud 0,37% artıb. Son bir ildə isə problemli kreditlər 201 mln. manat və yaxud 15,3% çoxalıb.

Qeyd edək ki, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində payı son bir ayda 0,9 faiz bəndi, bu ilin əvvəlindən 1,4 faiz bəndi, illik müqayisədə isə 2,2 faiz bəndi artaraq 8,3%-ə çatıb.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Hər bir banka qarşı nəzarət tədbirləri tətbiq olunacaq

%d bloqqer bunu bəyənir: