Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Prinsiplərdən imtina həbsdən qat-qat qorxuludur”

“İlham Əliyev üçün necə dəhliz açırlarsa, mənim üçün də eləcə dəhliz açırdılar”

24saat.org sayt; Xədicə İsmayılın “Azadlıq”a verdiyi müsahibəni təqdim edir:

İl yarım həbsdə saxlanılan araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl iki gündür ki, azadlıqdadır. Amma bu iki gündə evi heç iki saat qonaq-qarasız olmayıb. Dəstə-dəstə adamlar, o cümlədən siyasi partiya fəalları, jurnalist həmkarları, gənclər və s. onu təbrikə gəlir. Belə bir gərgin vəziyyətdə Xədicə“Azadlıq” qəzetinə ayrıca bir xeyli vaxt ayırdı. Özəl münasibətini də belə izah etdi: “Azadlıq” qəzeti mənim üçün həbsxanada bir udum hava kimi idi…

Beləliklə, biz də Xədicə İsmayılla söhbətə onu azadlığa çıxması münasibətilə təbrik etməklə başladıq:

Xədicə xanım, həmişə azadlıqda

Çox sağ olun.

Xədicə İsmayılı niyə tutmuşdular, niyə buraxdılar?

Ona görə tutmuşdular ki, hökumətin ünvanına tənqidlər azalsın. Ona görə buraxdılar ki, məqsədlərinə nail ola bilmədilər. Həm məni həbsdə saxlamaq onlarabaha başa gəlirdi.

Hansı mənada?

Məni həbs eləyəndən sonra araşdırmalar nəinki azalmadı, əksinə, daha da artdı.Araşdırmaların aparılmasına yeni qüvvələr qoşuldu, bu, jurnalistlər arasında qlobalhərəkata çevrildi. Çünki hansısa hökumət özü haqqında nəyisə gizlətməyə çalışırsa,jurnalistlər həmin gizlinləri üzə çıxarmağı özlərinə borc bilirlər. Hökumət nəyisəgizlətmək üçün üstəlik kimisə həbs eləyirsə, bu halda, jurnalistlər dəqiq bilirlər ki,deməli, orada gizli qalanyağlıməqamlar var. Jurnalistin işi həmin məqamları üzəçıxarmaqdır. Onları üzə çıxartdılar, çoxlu araşdırmalar oldu. Mən həbs olunandahəmkarlarımdan gözləntim var idi, amma nəticə gözləntimdən qatqat yuxarı oldu.

Həbsdə olan bir adam üçün bundan yaxşı xəbər ola bilməzdi ki, oxuyasan, görəsən,həmkarların sənin apardığın mövzuda ya ona bənzər mövzuda araşdırma eləyir, dayanmır, davam edir. Bu, çox gözəl hiss idi. Həmkarlarıma böyük birçox sağ oldüşür.

Azadlıqqəzetinə xüsusiçox sağ oldüşür. Mən dünya mediasında dərc olunanmateriallar da daxil olmaqla, bütün bu araşdırmalardan yalnızAzadlıqqəzetivasitəsilə xəbər tuta bilirdim. “Azadlıqqəzeti bir udum hava kimi idi.

Həbsdən sonra ilk müsahibənizdə bildirmisiz ki, jurnalist fəaliyyətinəqayıdırsız, araşdırmalar davam edəcək. Məlum olduğu kimi, sizə şərti cəzaverilib, yəni, həbsxanaya geri qaytarılmaq təhlükəsi qalır. Araşdırmalar davamedəcəyi təqdirdə geri qaytarılmaq təhlükəsi sizi çəkindirmir?

Mən heç həbsxanadan çıxmamaqdan da qorxmurdum. Həbsxananı çox qorxulugöstərirlər, amma qorxulu deyil. Prinsiplərdən imtina edib yaşamaq həbsdən qatqatqorxuludur. Mənim üçün o seçim əvvəlcədən var idi mən öz seçimimi eləmişdim.Bu seçim işimin xeyrinə idi. Həm mən heç kimə vəd verməmişəm ki, jurnalistikafəaliyyətilə məşğul olmayacam ya araşdırma aparmayacam. Heç kim bunlarımənə qadağan eləyə bilməz.

Həbsdə olduğunuz müddətdə sizinlə danışıqlara cəhdlər oldumu?

Mən bilmirəm bunu cəhd adlandırmaq olar, yoxsa yox. Amma həm Kürdəxanıdaistintaq təcridxanasında olduğum müddətdə, həm cəzaçəkmə müəssisəsindəmüəyyən kontaktlara cəhdlər olurdu. Söhbətin əvvəlində deyirdim ki, mənimlə bubarədə danışmayın, əgər danışsanız, ictimailəşdirəcəm, açıqlayacam. Ona görə söhbət o məqama gəlib çıxmırdı. Amma ətrafında söhbət olurdu. Məsələni eləqoyursan ki, səninlə bu barədə danışmasınlar.

Həbsxanadan necə görünürdü Azərbaycan cəmiyyəti? Bu il yarımda nələrdəyişdi?

Mənim ən çox qorxduğum o idi ki, dostlarım, həmkarlarım depressiyaya düşərlər.Çünki özüm o təhlükəli məqamları hər dəfə dostlarım həbsə düşəndə yaşamışam.Bəzən adam özünü gücsüz hiss eləyir s. Çalışırdım ki, məndən nigaran qalmasınlar.Fikirləri daha effektiv işə cəmlənsin. Məncə, buna nail olmaq mümkün oldu. Mənimazadlığım üçün aparılan kampaniya çox effektiv idi, hərə bacardığı qədər işləyirdi.Mən çox şad idim ki, baş verəcəyindən narahat olduğum depressiyanı görmədim.

O ki qaldı ölkədə baş verənlərə, həbsxanadan bu daha yaxşı görünür. Həbsxanadivarlarından kənarda baş verirsə, içəridə o, hiss olunur. Birinci devalvasiyadansonra onun nəticələri elə məhkumlara gətirilən sovqatlarda hiss olundu. Məhkumlarındaha qənaətcil olmağa çalışmalarından da görünürdü. Məndən soruşurlar ki, həbsdənsonra hökumət haqqında fikirləriniz dəyişdimi? Qadınlar təbiət etibarilə cinayətəmeylli deyillər. Onları cinayətə sövq edən işsizlik, imkansızlıqdı. Mən çoxlu saydaqadın gördüm ki, onlar həyatlarında istədikləri imkanlardan məhrum olublar. Ona görəməhrum olublar ki, kimlərsə onların özlərinin, övladlarının payına düşən şanshissəciklərini öz balalarına yedirdib. Bunu eləyən məmurlar olub. Öz övladınınnarkoman olmasını istəməyən qadın narkotik satışı ilə məşğul olursaSoruşanda ki,niyə bunu edirdin, deyir, bəs edəydim?

Bəlkə biz gündəlik həyatımızda pisliklərdən daha çox təcrid olunuruq, iqtisadiproblemlərin birbaşa nəticələrini o qədər görmürük. Amma həbsxanada insanlarınimkanlardan, şansdan məhrum edilməsinin nəticələrini öz gözünlə görürsən.

Demisiz ki, həbsxana həm müsbət, həm mənfi mənada bir təcrübədir. Nəyinəzərdə tutursuz?

Mən həbsxanaya düşənə qədər avtobusda əlləri şişmiş, göyərmiş qadınlar görəndəürəyim ağrıyırdı, fikirləşirdim ki, yəqin, çox işləməkdən bu qadının əlləri beləkobudlaşıb. Təəssüf ki, daha heç əvvəlki kimi olmayacaq. Mən bundan sonra əllərişişmiş, göyərmiş qadın görəndə birinci onu fikirləşəcəm ki, görəsən, bu, narkotikistifadəsinin nəticəsi deyil ki?! Çünki fəsadlardan biri əllərin şişib göyərməsidir.Mən həyatımda narkotikdən istifadə eləyən qadın görməmişdim, orada gördüm.İstəyərdim ki, bu mənada, əvvəlki sadəlövhlüyümü qoruyub saxlayım. Mənfitəcrübələrdən biri budur.

Həbsxanada çoxlu sayda adamlar var ki, çörəklərini yalanla çıxarıblar. Yalandanışmaqla, kiməsə kəf gəlməklə, dələduzluq eləməklə cinayət törədiblər. Mənhəyatımda o qədər yalan danışan adamla belə uzun müddətdə intensiv ünsiyyətdəolmamışdım. Bu da öz təsirini göstərir, adam daha şübhəcil olur. İstərdim ki, bu da başverməsin. O təcrübəni toplamamağa şad olardım.

Amma o da təcrübədir ki, konfliktlərə meylli adamlarla dar bir məkanda birgəkonfliktsiz yaşamağı öyrənirsən. Həyat üçün lazımlı təcrübədir. Psixoloq kimi hansısaqabiliyyətlər qazanırsan.

Şəxsi münasibətlər baxımından xəyal qırıqlığı olmadı?

Mən ümumiyyətlə, kiməsə xoş münasibət göstərəndə onun qarşılığını uman adamdeyiləm. Kimdənsə nəyisə umurdum, amma almadımbelə bir şey qalmayıb mənimyaddaşımda. O barədə heç düşünmək imkanım da olmayıb. Ya ona görə ki, umabiləcəyim hər kəsdən daha artıq dəstək görmüşəm, ya da ona görə ki, ummamışam, heç gözləməmişəm. Amma dəstək o qədər böyük idi ki, kimdənsə hansısa münasibətigörməməyim barədə heç fikirləşmirdim.

Digər siyasi məhbuslar ya fəallarla bağlı problemlərə bənzər problemlər bizdə olubqohumların imtinası, tənqidlərin yazılması s. Bizim ancaq Azərbaycantelekanallarına baxmaq imkanımız var idi. Orada deyilənləri eşidəndə, cəzaçəkməmüəssisəsinə gələn qəzetləri oxuyanda o portretlərdə özünü tanıya bilmirsən. Yaxud oxəbərlərdə reallığı görə bilmirsən. Anlayırsan ki, nəyi üçün, hansı məqsədlə əyirlər.Amma bu da gözləmədiyim bir şey deyildi, buna hazır idim. Onlardan zatən umacağımyox idi.

Belə başa düşdük ki, sizi məyus eləyən heç olmadı

Artıq heç kim Azərbaycan telekanallarından dürüstlük gözləmir. Ona görə onlaranormal yanaşırlar. Amma məsələn, “dürüstəmiddiası ilə çıxanYeni Müsavatqəzetivar idi, məndən daha çox ailə üzvlərimi məyus eləmişdi. Hətta kamerada oxuyanlar dabaxırdılar ki, bu nədi yazıblar. Hərdən belə şeylər olurdu. Amma mən hələ heç həbsədüşməmişdim onlardan ummamağa başlayanda.

Həbsdə tərcümə elədiyinizCakaranda ağacının uşaqlarıəsərində Azər yoldaşlarının həbsxana həyatından bəhs olunur. O kitabdakı ilə bizim ölkədəqadınların həbs həyatı arasında hansı bənzərliklər fərqlər var?

Şübhəsiz ki, 80-ci illərin İran həbsxanası daha dəhşətli yerdir. Fərqlilik daha çoxdur,həm müqayisə olunmayacaq dərəcədə. Hətta mənim təsəvvürümdəki həbsxanadanda daha yaxşıdır. Məncə, “Cakaranda ağacının uşaqlarındakı həbsxana bir azqorxuludu, amma bizim həbsxana qorxulu deyil.

Yeri gəlmişkən, məhz o əsəri tərcümə eləmək ideyası necə yarandı?

Qonşu kamerada uşaq gözləyən qadın var idi, hamı narahat idi ki, görəsən, necəolacaq onun vəziyyəti. Bəlkə üstüstə düşdü, o hadisə həmin anda mənimemosional durumuma təsir elədi. Oxudum, təsirləndim. Gizlətmirəm, o kitabınkommersiya uğurunu da fikirləşdim. Düzdür, hələ ki, bilmirəm, kommersiyabaxımından dərəcədə uğurlu olub, amma oxunan kitablar siyahısındadır.

Qonşu kameradakı qadının uşağı da əsərdəki Nida kimi məhbus qadınlararasında əldənələ gəzirdi?

O uşaq həbsxanada dünyaya gəlmədi. Qadını buraxdılar uşağı öz evlərindədünyaya gətirdi. Anaları həbsxanada olarkən doğulan uşaqlar var onlar da əldənələgəzir. Kim harada görürsə, o uşağı alır. Yəni o uşaqlar bütün həbsxananın uşağınaçevrilirlər. Amma o uşaqları anaları ilə birlikdə ayrı saxlayırlar, ona görə hər zamangörə bilmirdik.

Həbsxanada olan qadınların uşaq əzizləməyə ehtiyacı var. Bu ehtiyac da onlarıhəbsxanadakı uşaqlara qarşı xüsusilə qayğıkeş edir.

Məlumdur ki, həbsdəki siyasi məhbuslar sərt nəzarətdə saxlanılır. Belə birnəzarət altında Xədicə İsmayılın məktublarıThe New York Timesa, “TheWashington Posta gedib çıxdı, həbsxanada tərcümə elədiyi kitab dərc olundu.Maraqlıdır, o məktubları, yazıları necə çıxarırdız?

Kitabın tərcüməsinə senzura qoyulmadı. Düzdür, hər şeyi oxuyurdular. Kitabınorijinalını da, tərcümə olunmuş materialı da diqqətlə oxudular, tutuşdurdular. Ammayazılarla bağlı ciddi problem var idi. Birinci yazı çıxanda məşhur mayor YaqubovvardıLeyla xanım onun barəsində danışmışdı, indi səhv eləmirəmsə, MTNinistintaq təcridxanasının rəisi təyin olunubo, məndən izahat almağa gəldi. Dedim ki,Leyla xanımın açıqlamalarından sizi tanıyıram. Andaman elədi ki, belə bir şeyolmayıb, yalandır bütün bunlar, çox mehriban danışmağa cəhd elədi. Biz onunla çoxşeydən danışdıq, ləyaqətdən, ədəbiyyatdan söhbət getdi. Soruşdu ki, necə olub bu yazıçıxıb? Dedim ki, telepatiya yolu ilə. Dedi ki, “zarafat eləməyin, necə olub“? Mən yazılışəkildə izahat verdim ki, telepatiya yolu ilə. Əlbəttə ki, yalan idi, dedim (gülür).

isə danışdıq, söhbət elədik, inandırmağa çalışdı ki, o, ləyaqətsiz işlər görmür. Düzü,içimə şübhə toxumu səpə bilmişdi. Fikirləşdim ki, bəlkə onu kiminləsə səhv salırlar.Çünki onda qadının saçından tutub sürümək potensialını görmədim. Fikirləşdim ki, buadam ləyaqətdən, dürüstlükdən danışır. Ertəsi gün təcridxananın digər nümayəndəsigəlib mənə akt təqdim elədi. Yazılmışdı ki, mən mayor Fəqan YaqubovaNizamnamədən kənar, təhrikedici, təhqiredici söhbətlər eləmişəm. Qəribə bir formulvermişdilər. Belə başa düşdüm ki, Fəqan Yaqubovun psixikasına pis təsir elədiyimüçün barəmdə akt tərtib olunub. Həmin o ləyaqətdən danışan adam bizim onunladostcasına söhbətlərimizdən şikayət edib. Bilmirəm, bəlkə mən o söhbətdə həqiqətənonu sarsıtmışam, xəbərim olmayıb. Nə isə. Akt gətirdilər, mən təbəssümləqarşıladım.

yaxud vəkillərimdən ya ailə üzvlərimdən gələn məktubları verirdim ki, alınoxuyun, sonra qaytarın özümə. Söhbət şəxsi, heç bir siyasi anlam daşımayanməktubdan gedirdi. Əməkdaşlar çox sevincək şəkildə gedirlər akt tərtib eləməyə, guya,onu mənim üzərimdə aşkarlayıblar. Amma yalan danışırdılar. Mən deyirdim ki, ayıbolsun sizə, başqa deyəcəm. Zatən onlardan dürüstlük gözləmək sadəlövhlükolardı.

Həcc yazısından sonra təcridxana dəymişdi birbirinə. İkinci yazıdan sonra mənikarsasaldılar. Yenə mayor Yaqubov gəldi, məni oradan çıxarıb, təcridxananınrəisinin yanına apardılar. Rəisə dedim ki, “Azər müəllim, əgər hesab edirsinizsə ki,mənə cərimə təcridxanasında pisdir məni oradan çıxarmaq istəyirsiniz, lazım deyil,ora xoşuma gəlir. Çünki bizim kameranın pəncərəsindən ayulduz, ağac görünmür,amma cərimə kamerasının pəncərəsindən görünür. Mən orada qalmaq istəyirəm“.Ondan sonra məni daha cərimə kamerasına salmadılar. Hər yazıdan sonra cəriməkamerasına salınsaydım, bu barədə məlumatlar mətbuatda gedəcəkdi bu da yaxşıolmayacaqdı. Yəqin, bunu fikirləşiblər. Amma çox çalışırdılar öyrənsinlər ki, yazılarınecə ötürürəm. Kamerada da əməkdaşlıq elədikləri bir adam vardı, onlara məlumatötürməyə çalışırdı. Mən bunu bilirdim həmin adam vasitəsilə onlara yanlışməlumat ötürürdüm. Oyun idi, onlar mənimlə oynayırdılar, mən onlarla.

Deyəsən, məhkəməyə gətiriləndə orada zirzəmidə sizi digər qadınlardan ayrısaxlayırdılar

Ümumiyyətlə, təcridxanada mən kameradan çıxanda dəhliz boşaldılırdı ki, heç kimigörməyim. Hətta həyət boşaldılırdı, hamını qovurdular. Özümü KəmaləddinHeydərov kimi hiss eləyirdim. İlham Əliyev üçün necə dəhliz açırlarsa, mənim üçün eləcə dəhliz açırdılar. Vəkillə görüşə gedəndə hamını salırdılar otaqlara, qapılarıbağlayırdılar. Vəkillər şüşədən mənimlə salamlaşanda onlara gedib deyirdilər ki,eləməyin.

Vəkillərdən söz düşmüşkən, Elton Quliyevin ölümü

Çox ağır oldu. Elton müəllimin xəstə olduğunu bilirdik. Deyəsən, elə birinci bizədemişdimənə, sonra da İntiqam müəllimə. Ona görə yox ki, bizdən dəstəkgözləyirdi, sadəcə, istəyirdi, biz təsəlli tapaq, anlayaq ki, həbsdən daha ciddiproblemlər ola bilər. Xəstə olduğunu mən biləndə, hətta ailəsinə deməmişdi.Əməliyyatdan sonra çox ümidli idim ki, Elton müəllim sağalar, amma sağalmadı. Eltonmüəllim yandırdıÖlümü çox yandırdı bizi. Amma çox ümidli idim, hətta istintaqınsonu idi, cinayət işinin materialları bütün vəkillərə göstərilməli idi. Elton müəllimlə əlaqə saxlaya bilmirdilər. Mənə dedilər ki, “vəkildən imtina məktubu yaz, biz işitamamlaya bilək“. Mən bunu eləməkdən imtina elədim. Dedilər ki, “o onsuz daxəstədir, prosesdə iştirak edə bilmir“. Yenə razılaşmadım. Nəhayət, bir çözümtapdıq, yazdım ki, “bu mərhələdə materiallarla tanış olmamasına etiraz eləmirəm, digərvəkillərimin tanış olması kifayətdir“. Amma məhkəmədə gözüm qapıda idi.

Dəfələrlə məhkəmədəki çıxışlarınızda da bildirmisiz ki, sizi İlham Əliyevinsifarişilə həbs eləyiblər

Elədir. Çünki araşdırmalarımın əsas hədəfi İlham Əliyev onun ailə üzvləri olub.Bu ölkədə hansısa məşhur jurnalistin onun sanksiyası olmadan həbsi mümkün deyil.

Davanız davam edir, yoxsa bitdi?

Mən tam bəraət alana qədər hüquqi müstəvidəki dava bitməyəcək. Mən tam bəraət itirdiyim günlərə, saatlara görə hökumətdən kompensasiya alacağam. Güman edirəmki, onsuz da hökumət mənimlə bağlı beynəlxalq tənqidlərlə üzləşdiyi üçün lobbi işinəçoxlu pul xərcləməli oldu. Onsuz da Azərbaycan hökumətini ciddi xərcə salmışıq,amma işimiz davam edir. Tutmayaydılar, problemlə üzləşməyəydilər.

Avropa Məhkəməsində sizin hüquqlarınızı Amal Kluninin müdafiə etməsiməsələsində fikirlər birmənalı olmadı. Onun təklifinə razılıq verdiyinizə görə siziqınayanlar da oldu

Dünyaya bir az daha geniş bucaqdan baxmaq lazımdır. Sivil dünyadahansımillətdənsən“, “hansı millətdən olan adamlarla dostluq edirsənkimi suallar çox yersiz əcaib görünür. Sivil dünyada mədəni insanlar birbirinə o sualları vermir. Bu,məsələnin bir tərəfi.

Mən həbsə düşməmişdən əvvəl düşünürdüm Medianın Hüquqi Müdafiəİnstitutundan da xahiş eləmişdim ki, Amal Kluninin namizədliyini nəzərdənkeçirsinlər. Mən onun əvvəllər Ermənistan hökumətini müdafiə etməsindən xəbərdardeyildim səbəb o deyildi. Səbəb o idi ki, Amal Kluni dünyada insan haqları iləbağlı bir çox məşhur işlərə çıxıb. Mən həbs olunandan sonra bu sifarişi bir dahatəkrarladım. Yəni, Amal Klunidən əvvəl mənim təklifim olub. Çünki mən həbsolunandan az sonra televiziyada onun Misirə gedib, orada kifayət qədər təhlükəlişəraitdə misirli jurnalistləri müdafiə etməsi barədə xəbərlər eşitdim. Misirli jurnalistlərimüdafiə eləyəndə heç kimin ağlına gəlmədi soruşsun ki, o, vaxtsa yəhudini müdafiəedib, ya yox. Çünki bu cür suallar vermək, ümumiyyətlə, ayıbdır. Ermənistan hökumətionun yüksək peşəkar xidmətindən istifadə edib. Mən Amalın peşəkar kimi mənəgöstərdiyi hüquqi yardımdan çox razıyam. Mən buradakı vəkillərimin rolunu azaltmaqistəmirəm, olduqca böyük görüblər. Amma etiraf etmək lazımdır ki, bu, keyfiyyətbaxımından başqa mərhələdir. Bəlkə ona görə ki, onun böyük bir ştatı var, həm vəkillərim, dostlarım ona əllərindən gələn yardımı göstəriblər. Həm sırf hüquqi yardımbaxımından, həm kampaniyanın gedişində Amal olduqca uğurlu seçim idi.

Amal məni pulsuz müdafiə eləyir. Amma ona böyük məbləğdə pul versəydim də, onun hər qəpiyini haqq eləyirdi. Adam yaxşı vəkildi. İndi mən yaxşı vəkili seçməməliyəm ki, burada hansısa mağara təfəkkürlü adamlar mənasız suallar verir? Amalla bundan sonra ünsiyyət imkanım daha geniş olacaq. Çox istərdim ki, Qarabağ münaqişəsilə bağlı azərbaycanlı qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsində hüquqlarının müdafiəsilə bağlı onu vəkil seçsinlər.

– Belə fikir vardı ki, həbsxana qadını qocaldır, baxımsız edir. Siz əksini sübut elədiniz…

– Həbsxanada görünüşünə diqqətlə yanaşan tək mən deyildim. Çöldə özümə diqqət yetirməyə o qədər vaxtım olmurdu. Həbsxanada buna daha çox vaxtım olurdu. Üstəlik, həbs olunanda özümə bir vəd verdim ki, mən burada qocalmayacağam, burada illər adamın ömründən yox, həbs müddətindən gedir. Məsələni belə qoydum və daim gülümsəyirdim. Hətta təcridxananın işçiləri bir neçə dəfə soruşublar ki, niyə gülümsəyirsən? Mən də cavab verirdim ki, siz də gülümsəyin, qaraciyəriniz sevinsin. Adam gülümsəyəndə qaraciyəri sevinir.

– Deyəsən, həbs olunanda ananızdan da vəd almısınız ki, ağlamayacaq?

– Mən anama demişdim ki, ağlama. Anam da ağlamadı. Bir-iki dəfə gözləri yaşardı. Ürək əməliyyatından sonra kövrəkləşmişdi. Amma ağlamadı. Mənim də bir-iki dəfə gözlərim yaşarıb, o da anam xəstələnəndə olmuşdu. Özümün durumumla bağlı isə heç ağlamadım.

– Azadlığa çıxmaq xəbərini necə aldınız?

– Mənə cəzaçəkmə müəssisəsinin rəisi dedi. Gözləmirdim. Həmin gün görüş günü idi və anamla görüşmüşdüm. Seymurla, İlqar Məmmədovla bağlı qərarlardan sonra özümlə bağlı da gözləmirdim. Amma oldu da…

Aytən Məmmədova

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Erməni silahlı bölmələri atəşkəs rejimini 46 dəfə pozub

%d bloqqer bunu bəyənir: