Now Reading:
Prezidentlərin Bakı bəyannaməsi mətbuata SIZDI – MƏTN
Full Article 40 second read

Prezidentlərin Bakı bəyannaməsi mətbuata SIZDI – MƏTN



Rusiya, İran və Azərbaycan prezidentlərinin Bakıda keçiriləcək görüşünün yekunu olaraq bəyannamə qəbul ediləcək.

Modern.az saytı xəbər verir ki, Rusiyanin “RİA Novosti” agentliyinin əlinə keçən Bakı bəyannaməsində Tehran, Bakı və Moskva terrorizm və narkotrafikə qarşı mübarizədə beynəlxalq birliyə əməkdaşlıq təklifi edir.

 

“Tərəflər narkotik ticarətinə, terrorzimə, ekstremizə, qanunsuz silah ticarətinə, insan alverinə və kibercinayətə qarşı mübarizə aparmağa qərarlıdır”-  deyə bəyannamədə deyilir.

 

Bundan başqa, “tərəflər terrorizmi onun bütün formalarında pisləyir və effektiv əməkdaşlıq üçün ikitərəfli və üçtərəfli  fikir mübadiləsinə çağırış edir. Regionda həll olunmamış münaqişələr əməkdaşlığa mane olur. Buna görə, həmin münaqişələrin beynəlxalq normalar və prinsiplər əsasında qısa müddətə nizamlanması vacib bilinir”.

 

Bəyannaməyə görə, tərəflər viza rejiminin sadələşdirilməsi, biznes, turizm və mədəniyyət sahəsində intensiv əməkdaşlıq etmək barədə razılıq əldə edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: