Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Prezidentin tikdirdiyi ev

Qırğızıstan prezidenti Almazbek Atambayev yetkiləri bitəndən sonra harada yaşayacaq? AzadlıqRadiosunun Qırğız redaksiyasının reportyorları bu suala cavab arayaraq, Atambayev-in tikdirdiyi söylənən evi tapıblar.

Müxbirlər bu iddianın doğru olub-olmadığını öyrənməkdən ötrü Bişkekin 15-20 kilometrliyində yerləşən Koy-Taş kəndinə yollanıblar. Kəndə aparan yolun təptəzəliyi, yolboyu səliqəylə sıralanan ağac və kollar onların gözündən qaçmayıb. Almazbek Atambayev-in doğulub böyüdüyü Araşan kəndi Koy-Taşın qonşuluğundadır.

İÇƏRİ GİRMƏYƏ BURAXMAYIBLAR

Kəndin mehriban sakinləri dərhal prezidentə aid olduğu iddia edilən evi müxbirlərə göstəriblər. Evin ərazisi yüksək hasara alınıb, hasar boyu isə saysız-hesabsız müşahidə kamerası quraşdırılıb. Darvazanın qarşısında çoxlu xarici maşın var. Hərbi geyimdə olan mühafizəçilər darvazadan içəri girməyə imkan verməyiblər.

Kuban adlı yerli sakinin sözlərinə görə, üç ay əvvəl başlamış tikinti sentyabrda bitəcək: «Hamı bilir ki, ev Atambayev-indir. Hər yerdə videokamera, çoxlu mühafizəçi var. Tikinti bir gün də dayanmır. Sentyabrın 16-17-nə bitirməyə söz veriblər».

Ucaldılmaqda olan malikanənin qonşuluğundakı evlərin sakinləri sevinclərini gizlətmirlər: «İndi yol təmir edilir, tullantılar daşınır!..».

Preident evinin yerləşdiyi küçə

Preident evinin yerləşdiyi küçə

«BÖYÜK XƏRCLƏR GÖSTƏRİB»

Prezident aparatının informasiya siyasəti şöbəsindən Atambayev-in özünə malikanə tikdirməsi xəbərini nə danırlar, nə də doğrulayıblar. «Dolğun məlumatım yoxdur. Ancaq Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev ötən il üçün [gəlirlər barədə] bəyannaməsində böyük xərclər göstərib. Güman ki, bu məsələ ilə bağlıdır. Düzgün yolla pul qazanmış hər kəs ondan istədiyi kimi istifadə edə bilər», -prezident aparatının şöbə müdiri Almaz Usenov belə deyib.

«TƏNQİD EDƏNLƏRİN İŞİ-GÜCÜ YOXDUR…»

Prezidentin malikanə tikdirməsi sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. İctimai xadim Zhypyr Zheksheev ev tikintisində siyasət axtaranları qınayır:

«O, artıq prezident vəzifəsindən gedənədək günlərini sayır. Vəzifədən gedəndən sonra haradasa yaşamalıdır, axı. Burada heç bir problem görmürəm. Tənqid edənlərin işi-gücü yoxdur».

Prezidentin gəlir bəyannaməsinə əsasən, o, ötən il 1 milyon 298 min som (18 min 910 dollar) qazanıb və 34 milyon som (495 min 350 dollar) xərcləyib. Prezidentin mülkiyyətində üzərində 116.34 kvadrat metrlik tikilisi olan 2.7 hektarlıq torpaq sahəsi və çoxillik bitkilərin əkildiyi 6.7 hektarlıq əkin sahəsi var.

ÖLKƏNİ TƏRK EDƏN VƏ QAÇAN PREZİDENTLƏR

Qırğızıstanın birinci prezidenti Askar Akayev Bişkek ölçüləri baxımından özünə nəhəng bir bina tikdirmişdi. Ancaq 2005-ci ilin «Zanbaq inqilabı» nəticəsində Akayev vəzifədən və ölkədən gedəndən sonra bu bina dövlətin mülkiyyətinə keçib.

Qırğızıstanda 2010-cu ildə baş verən 2-ci inqilabdan sonra ölkədən qaçan prezident Kurmanbek Bakiyev-ə və yaxın çevrəsinə məxsus 47 obyekt milliləşdirilib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Venesuela prezidenti milləti Erdoğanla qorxudur

%d bloqqer bunu bəyənir: