Loading...
Loading...

Prezidentin açdığı velosiped zavodu bağlandı – Özəl

İsmayıllıda prezidentin açılışını etdiyi zavod fəaliyyətini dayandırıb. Rayondan 24saat.org-a daxil olan məlumata görə, yenicə istifadəyə verilmiş “İsma Bikes” velosiped zavodu işləmir.

Halbuki, həmin zavodun açılışında dövlət başçısı İlham Əliyev də iştirak edib, hətta velosiped sürüb. Bildirilib ki, bu il 50 nəfərin, gələn il 100 nəfərin işləyəcəyi zavodda Bolqarıstanla birlikdə Azərbaycanda müasir standartlara uyğun velosiped, əlil arabaları və s. istehsal olunacağı nəzərdə tutulub.

Həmçinin, velotreklər salınması və idman yarışları keçirilməsi planlaşdırılır. Zavodun inşası üçün 7 milyon manat vəsaitin xərcləndiyi bildirilir.

Amma açılışından bir ay keçməmiş zavod fəaliyyətini dayandırıb. Bunun səbəbi isə bəlli deyil. Yerli sakinlərdən biri idida edib ki, açılışında nümayiş olunan velosipedlər də bu zavodda istehsal olunmayıb, kənardan gətirilib.

Zavodun fəaliyyətinin dayandırılması nə ilə əlaqədar olduğu bilinməsə də, İsmayıllının icra başçısı Mirdaməd Sadıqov üçün biabırçı hadisədir.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Başçı Xaçmazı su altında qoydu – Fotolar

%d bloqqer bunu bəyənir: