Now Reading:
Prezidentin ABŞ səfəri başa çatdı
Full Article 50 second read

Prezidentin ABŞ səfəri başa çatdı



ilham-eliyev-obamaAmerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda keçirilən 4-cü Beynəlxalq Nüvə Sammiti başa çatıb.

31 mart-1 aprel tarixlərində keçirilən, 52 dövlət və hökumət başçısının iştirak etdiyi tədbirdə Azərbaycanı ölkə prezidenti İlham Əliyev təmsil edib. Sammitdə həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ), Beynəlxaslq Polis Təşkilatı (INTERPOL) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nümayəndələri də iştirak ediblər.

Sammitin ilk günündə ABŞ prezidenti Barak Obama tədbirdə iştirak edən ölkə liderlərinin şərəfinə nahar ziyafəti təşkil edib. Ziyafətdə iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obama, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və s. ölkə başçıları ilə ayaqüstə görüşü olub.

Həmçinin prezident İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri, ABŞ-ın ticarət naziri xanım Penni Pritzker, ABŞ konqresinin bir qrup üzvü və s. şəxslərlə vacib görüşləri olub. Görüş vaxtı ölkələr arasında münasibətlərin inkişafına və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məlumata görə, sammitin başa çatmasından sonra Azərbaycan prezidenti İlham Əliyev ABŞ-dan ayrılıb.

anspress.com

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: