Loading...
Loading...

“Prezidentin ətrafındakı məmurlar Eldar Mahmudovun həbsinə imkan vermir”

“Hazırda hökumətdə təmsil olunanların 60-70 faizi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adamlarıdır”

Bunu Müasir Müsavat Partiyasının(MMP) sədri Hafiz Hacıyev söyləyib.
 
Onun sözlərinə görə, E. Mahmuodvun Azərbaycanda ciddi müxalifəti vardı:
“Əli Kərimli və Cəmil Həsənlini birbaşa E. Mahmudov maliyyələşdirirdi. Bu, faktdır. Biz onları göyə baxıb danışmırıq. Bütün bunlar məhkəmə predimetinə çevrilsə, ortaya ciddi faktlar qoya bilərik. Kimlərin harda, hansı saatda kimlərlə görüşüməsini açıqlaya bilərik. İndiki halda Milli Məclisdə(MM) və hökumətdə təmsil olunanların əksəriyyəti E. Mahmudovla əlbirolmuş adamlardı. E. Mahmudov niyə həbs edilmir ? Ona görə ki, ətrafındakı məmur təbəqəsi Prezidentə imkan vermir. Yaxşı sual verirəm E. Mahmudovun günahı yox idisə, niyə çıxarıldı? Günahı varsa, niyə həbs olunmur? E. Mahmudov xarici kəşfiyyatla işləyirdi. Xarici kəşfiyyat onu Azərbaycana Prezident gətirmək istəyirdi. E. Mahmudov Prezident olacaqdısda, onun komandasında kimlər təmsil olunacaqdı. Baş nazir kim olacaqdı? Bunların hamısının siyahısı var. Həmin siyahı ortadadır. Niyə istəyirlər ki, bunların hamısını mən açıqlayım. Ac -yalavac, küçələrdə yaşayan bir insanam . Həbsdən də qorxmuram. Həbsdə yaşamaq küçələrdə yaşamaqdan yaxşıdır. Hər açıqlama verdikdən sonra , mənə təzyiqlər göstərirlər”.
E. Mahmudov niyə həbs edilmir ?Ona görə ki, ətrafındakı məmur təbəqəsi Prezidentə imkan vermir-Hafiz Hacıyev”
 
Təşkilat sədri qeyd edib ki, Azərbaycanda hər an dövlət çevrilişi gözlənilir: 
“Bunu dəfələrlə demişəm. Hər dəfə bunu dilə gətirəndə mənə zəng edirlər ki, niyə danışırsan. Onları demək sənəmi qalıb. Çox çətin məsələdir. Bunların hamısı İlham Əliyevə xəyanətdir. Xəyanətin qaşı -gözü olmur ki. Ölkədə infliyasiya baş alıb gedir. İqtisadi sahədə sabotajlar olur. Prezident fərman verir, fərmanlar icra olunmur. Bunların hamısı E.Mahmudovun tör-töküntülərinin oyunudur. Hökumət təmizlənməlidir. Düzdü, parlamentdə də təmizlənmə aparılmalıdır. Amma deputatın elə də böyük səlahiyyəti yoxdur. Deputatlar heç öz hüquqlarını tələb edə bilmirlər. Hərəsinin ağzına bir sümük tullayıb, orda oturdublar. Parlamentdə E. Mahmudovun adamlarının olması, əhəmiyyət kəsb eləmir. Amma həmin qüvvələrin hökumətdə yer alması, ciddi məsələdir. Təsəvvür edin ki, E. Mahmuodvun adamları müxalifətdə cəmləşib, Prezidentə qarşı anti -təbliğat aparırlar”.
 
H. Hacıyev diqqətə çatdırıb ki, nəqliyyat naziri Ziya Məmmədov və kənd təsərrüfatı naziri Heydər Əsədov E. Mahmudovun adamlarıdır:
 “Onlar böyük bir “çete”dir. Onlar E. Mahmudovun ətrafında olan adamlardır. Digərlərinin adlarını çəksəm, çox ilginc faktlar ortaya çıxar. Xaricdəki səfirlərin 20-30 faizi E. Mahmudovun tapşırığı ilə təyin olunub. Onların hamısına qarşı ciddi tədbirlər görülməlidir. Baxın, Prezidentin fərmanları icra olunmur. Səbəb odur ki, onlar dövlət başçısının devrilməsinə zəmin yaratmaq istəyirlər. Təsəsvür edin ki, adını çəkdiyim nazirlər gedib, xaricdə müfuzlu qəzetlərdə dövlət başçısının əlehinə yazılar yazdırırlar. Bunu mən bilirəmsə, başqaları da bilir. Hamısı bilir sadəcə demirlər. Çünki E. Mahmudovla qohumdur, kirvədirlər. E. Mahmudovun yanında “qrexlər”i var. Bu baxımdan hamısının gözü kölgəlidir. Dövılətə, millətə xəyanət ediblər”.
 
H.Hacıyev onu da əlavə edib ki, Milli Məclisdəki komitə sədrlərinin əksəriyyəti E. Mahmudovun adamlarıdır: ” Oan görə deyirəm ki, ciddi tədbir görülməlidir. İkisinin adını çəkdim. Tədbir görsünlər də. Bir daha vurğulayıram ki, Milli Məclisdə təmsil olunanların 40 faizi E.Mahmudovun qohumu, dostudur”.(tərəfdar.az)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Türkiyə-İran sərhədi BAĞLANDI

Loading...
%d bloqqer bunu bəyənir: