Advertisements
24 saat

Prezidentdən qəribə açıqlama: “Allah dedi ki, bir də söyüş söysən…”


Filippin prezidenti maraqlı açıqlaması ilə yenidən mətbuatın gündəmindədir.

Rodriqo Duterte bundan sonra söyüş söyməyəcəyi ilə bağlı Allaha söz verdiyini deyib.

Prezident bildirib ki, Yaponiyadan geri qayıdarkən təyyarədən səmaya baxıb, hər kəs yatarkən birdən səs eşidib. Qeybdən gələn səs ona “Əgər sən söyüş söyməyə son qoymasan, elə edəcəm ki, bu təyyarə düşsün” deyib.

Prezident həmin səsdən kim olduğunu soruşduqda isə səs ona guya “Əlbəttə, Allaham” deyə cavab verib. Duterte verdiyi sözə əməl edəcəyini qeyd edib.(Qafqazinfo)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: