Loading...
Loading...

Prezident Yardımlıya icra başçısı təyin etdi – Sərəncam

Prezident İlham Əliyev daha bir icra başçısı ilə bağlı sərəncam verib. “Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Qazaxın icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad olunub. Prezidentin digər sərəncamı ilə o, Yardımlı İcra Hakimiyyətinə rəhbər təyin olunub.

Qeyd edək ki, Ayaz Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır.

Xatırladaq ki, mart ayında ölkə başçısı Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovu vəzifəsindən azad edərək Salyan rayonuna icra başçısı təyin etmişdi.

Yaxın saatlarda sərəncamın açıqlanacağı gözlənilir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

%d bloqqer bunu bəyənir: