Prezident sərəncam imzaladı: Azərbaycan 5 zonaya bölündü


Prezident İlham Əliyev sənaye və kənd təsərrüfatı üzrə investisiya fəaliyyətində hökumətin prioritetlərini müəyyən edib.

Ölkə başçısının imzaladığı fərmanla investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, layihənin həcmi ilə bağlı minimal məbləğ və inzibati ərazi vahidləri müəyyənləşdirilib.

Fərmana əsasən, ölkə ərazisi 5 investisiya zonasına bölünüb.

1. Bakı, Bakı qəsəbələri və Abşeron.

2. Sumqayıt və Gəncə.

3. Naxçıvan.

4. Sərhəd və cəbhəyanı rayonlar.

5. Digər rayonlar.

Prioritet sayılan 31 iqtisadi fəaliyyət növü seçilib. İnvestisiyalar üzrə minimal məbləğ regiondan asılı olaraq 0.2 – 10 milyon manatdır. Yalnız bir fəaliyyət növü (hasilat və metal filizlərin emalı) üzrə minimal investisiya məbləği 50 milyon manat olmalıdır.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Qazaxıstandan Azərbaycana Qarabağ jesti

%d bloqqer bunu bəyənir: