Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Prezident qızının toy mərasimi belə mühafizə olunacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan ilə Selçuk Bayraktarın toy mərasiminə hazırlıq çərçivəsində təhlükəsizlik tədbirləri gücləndirilib.

ANS PRESS-in məlumatına görə, toyun baş tutacağı Yahya Kemal Beyatlı Sərgi Salonunun ətrafında polis barikadalarının qurulması ilə yanaşı mühafizəçilər sərgi salonunun peykdən çəkilmiş foto şəkillər və görüntüləri əsasında təhlükəsizlik planı hazırlayır. Toy günü təhlükəsizliyin tam təmin edilməsi üçün əraziyə yüzlərlə polisin cəlb edilməsi planlaşdırılır.

Verilən məlumata görə, İstanbul Böyükşəhər Bələdiyyəsi və Küçükçekmece Bələdiyyəsinın işçiləri tərəfindən toy mərasiminin keçiriləcəyi məkanın ətrafı təmizlənir və yollardakı güllər sulanır.

Selçuk Bayraktar və Sümeyye Ərdoğan

Selçuk Bayraktar və Sümeyye Ərdoğan

Cütlüyün nikahı İstanbul Böyükşəhər bələdiyyə başçısı Kadir Topbaş tərəfindən kəsiləcək. Sümeyye Ərdoğanla Selcuk Bayraktarın toy mərasimi mayın 14-də İstanbulda yerləşən Yəhya Kamal Beyatlı Sərgi Mərkəzində baş tutacaq.

Sərgi salonunun ətrafında aparılan təmizlik işləri və barikadalar

Sərgi salonunun ətrafında aparılan təmizlik işləri və barikadalar

İstanbulun ən böyük sərgi mərkəzlərindən biri olan məkan 3 il bundan əvvəl istifadəyə verilib. 30 hektarlıq ərazidə tikilən və Küçükçəkməcə bələdiyyəsinə aid olan mərkəzdə idman turnirləri, teatr, film nümayişləri konsertlər keçirilir. Mərkəz 35 min izləyici tutumuna malikdir. Sərgi salonu Avropanın ən mükəmməl səsə və işıq effektləri ilə təchiz edilib.

Rəcəb Tayyib Ərdoğanın qızının toy məclisinin keçiriləcəyi məkan

Rəcəb Tayyib Ərdoğanın qızının toy məclisinin keçiriləcəyi məkan

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Rusiyada Putinin bir nömrəli rəqibi saxlanıldı

%d bloqqer bunu bəyənir: