Loading...
Loading...

Prezident qızı yoxa çıxdı – Fotolar

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova atasının dəfn, eləcə də yas mərasiminə gəlməməklə diqqətləri üzərinə çəkib.

Gülnarə Kərimovanın Oksfordda oxuyan oğlu – İslam Kərimov da babasının yas mərasimində gözə dəymədi. Bəziləri Gülnarənin və oğlunun bu hərəkətini İ.Kərimova qarşı inciklikləri ilə bağlayır. Bəziləri isə əksinə onların ölkəyə – Özbəkistana buraxılmadıqlarını iddia edir.
Rəylərə görə, bu həm də balaca İslam Kərimovun 2 il əvvəl verdiyi qalmaqallı müsahibə ilə bağlıdır. İ.Kərimov həmin müsahibədə bildirmişdi ki, ona nə anası, nə də qızlarla görüşməyə imkan verirlər. Bundan əlavə o demişdi ki, 2013-cü ilin 22 dekabrında babasının ad günündə onu təbrik etmək istəsə də, rezidensiyaya buraxılmayıb. İ.Kərimovun müsahibəsində o, qeyd edilirdi ki, babası onların gəlişində xəbərsiz olub.
Bu arada, G.Kərimovanın ifasında İ.Kərimovun ölümü ilə bağlı səsləndirilən musiqinin də yeni yazılmadığını iddia edənlər də var.
Deyilənlərə görə, mahnı bir il əvvəl yazılıb. Kadrda onun ancaq səsinin gəlməsi şübhələri doğruldur.
Hər halda bütün bunlar deməyə əsas verir ki, prezident qızı yoxa çıxıb, onun səs-sorağının nə vaxt və haradan gələcəyini zaman göstərəcək.(Publika.az )

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

“Qətl planı”na qarşı üç sirli gediş: Nazarbayev Kərimovdan nəyi öyrənib?

%d bloqqer bunu bəyənir: