Advertisements
24 saat

Prezident postunu 1 milyard dollara aldı – ŞOK İDDİA


Ukraynanın üçüncü prezidenti Viktor Yuşenko və onun Katibliyinin başçıları Viktor Baloqa ilə Vera Ulyançenko hakimiyyətin ötürülməsi üçün sabiq prezident Viktor Yanukoviçdən bir milyard dollar alıblar.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Zakarpatya vilayətinin dövlət administrasiyasının başçısı Gennadi Moskal öz saytında bildirib.

“Doğrudanmı, Viktor Yuşenko və Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenkonun rəhbərlik etdiyi “Ukrayna 3000” fondu barədə materialları qaldırmaq çətindir? Fond “gələcəyin xəstəxanaları” üçün vəsaitlər toplayırdı. Fonda könüllü və məcburi şəkildə bütün oliqarxlar 10, 50 və 100 milyon qrivna ödəyirdilər. Sadə vətəndaşlar da bu fırıldağa sadəlövhcəsinə inandılar və könüllü şəkildə ianələr verdilər. Nəticədə Fonddan pullar oğurlandı və heç kim heç bir xəstəxana tikmədi”, – o, deyib.

Moskal əlavə edib ki, hələ Viktor Yanukoviçin prezidentliyi dövründə Baş prokurorluğa bütün materialları şəxsən göndərib.

“İstənilən korrupsiyaya qarşı büro öz işinə dövlətin ali rəhbərliyindən başlayır. Buna görə də mən Ukraynanın sabiq prezidenti Viktor Yuşenkodan başlamağı təklif edirəm”, – Moskal qeyd edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: