Now Reading:
Prezident nazirin hərbi xidmətin ləğvi qərarına etiraz etdi
Full Article 40 second read

Prezident nazirin hərbi xidmətin ləğvi qərarına etiraz etdi



“Müdafiə naziri Tina Xidaşelinin məcburi hərbi xidmətin ləğv olunması ilə bağlı müstəqil qərar verməyə haqqı yox idi”.

APA-nın “Qruziya Online”a istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. O bildirib ki, məsələ çağırışın ləğv olunması ilə deyil, müdafiə nazirinin öz kvotasını istifadə etməməsi ilə bağlıdır: “Onun nə dərəcədə doğru olmasından asılı olmayaraq, bu kimi qərarlar bir rəsmi şəxs tərəfindən verilməməli, məsələyə həm hökumətin, həm də Təhlükəsizlik Şurasının iclasında baxılmaldır”.

Prezident müdafiə naziri tərəfindən verilən qərardan əvvəlcədən xəbərdar olmadığını söyləyib.

Xatırladaq ki, Gürcüstanın müdafiə naziri Tina Xidaşeli ölkəsində məcburi həqiqi hərbi xidmətin ləğv olunması ilə bağlı sərəncam imzalayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: