Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Prezident jurnalistlərin müdafiəsi barədə tapşırıq verdi

Ukrayna prezidenti Petro Poroşenko qondarma Donetsk respublikası tərəfindən akreditasiyadan keçmiş jurnalistlərin adlarının “Mirotvorec” saytında açıqlanmasından sonra  Ukrayna Təhlükəsizlik Xidmətinə ölkə ərazisində ximət göstərən xarici jurnalistlərin müdafiə olunması barədə tapşırıq verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Kiyevdəkeçirilən mətbuat konfransında bildirib.

“Təəssüf ki, məndə olan məlumatlara görə, bu jurnalistlərin bəziləri Ukrayna haqqında mənfi məlumatlar yazmaqla məşğuldur. Mən xahiş edirəm bunu etməyin. Mən Ukrayna prezidenti kimi bu jurnalistlərin Ukraynada təhlükəsiz fəaliyyətinə zəmanət verirəm. Mən təhlükəsizlik xidməti orqanlarına jurnalistlərin hüquqularının müdafiə olunması barədə tapşırıq vermişəm. Eləcə də mənfi rəylər yazanlar haqqında da” – deyə Petro Poroşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Petro Poroşenkonun mətbuat konfransı

Mayın 24-də Ukraynanın qalmaqallı “Mirotvorec” saytı ölkəyə girişi qadağan edilmiş 239 nəfər jurnalistin adını açıqlayıb. Siyahıda Azərbaycan KİV-də çalışan 11 nəfərin adı hallanıb.

“Mirotvorec”in baş redakotoru Anton Geraşenko akreditasiya almış jurnalistlərin siyahısını açıqlayıb. O, Ukraynanın daxili işlər naziri erməni əsilli Arsen Avakovun məsləhətçisidir.

Açıqlanan siyahıda Azərbaycan, Avstriya,Yaponiya, Braziliya, İraq, Ermənistan və ərəb ölkələrindən olan ümumi 239 jurnalistin adı çəkilib.

DİN nazirinin köməkçisi tez-tez bənzər siyahıları təqdim edir. Belə hallar Qərb dövlətləri ilə yanaşı, ABŞ tərəfindən də tənqid edilib. ABŞ Dövlət Departamenti etirazını bildirdikdən sonra, mayın 13-ü saytın bağlanacağı xəbəri yayılıb. May ayının 15-i isə dövlət rəsmisi Georgiy Tuka “Mirotvorec” layihəsinin öz saytını bərpa etdiyini bildirib.

Sayt iddia edir ki, azərbaycanlı jurnalistlər “Luqansk Xalq Respublikası”nagetdikləri üçün “qara siyahı”ya düşüb. Onların arasında ANS TV-nin Rusiya bürosunun müxbiri Aqşin Kişiyev də var.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Əməliyyatla göz rəngini dəyişdirdi – FOTOLAR

%d bloqqer bunu bəyənir: