Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
partlayis

Prezidentə sui-qəsd – 7 mühafizəçisi yaralandı

Filippinin qalmaqallı prezidenti Rodriqo Duterteyə sui-qəsd olub. Hadisə bu gün Cənubi Lanao əyalətində baş verib.

« CNN Philippines» ölkənin silahlı qüvvələrinə istinadən xəbər verir ki, Dutertenin avtomobilinin keçdiyi yolda partlayıcı qurğu işə salınıb.

Güclü partlayış nəticəsində prezidentin mühafizəçilərdən 7-si xəsarət alıb.

Duterte özü partlayış zamanı avtomobildə olmayıb. Onun sabah adıçəkilən əyalətə səfəri planlaşdırılırdı.

Mühafizəçilər əraziyə bir gün əvvəl – hazırlıqları yekunlaşdırmaq üçün yollanmışdı.

Duterte açıqlama verərək səfərini təxirə salmayacağını bildirib. Filippin polisi hadisə yerində təhqiqat başladıb.

Qeyd edək ki, Duterte Filippində insan haqlarının vəziyyətini kəskin tənqid edən ABŞ-ın keçmiş prezidenti Barak Obamanı bir neçə dəfə təhqir edib.

Narkomafiyaya qarşı yanlış mübarizə metoduna görə Filippin hökumətini qınayan BMT baş katibi Pan Gi Mun da Dutertenin təhqirlərinə məruz qalıb.

Duterte narkodilerləri öldürüb cəsədlərini balıqlara yem edəcəyinə, həmçinin onları qətlə yetirən vətəndaşları mükafatlandıracağına söz verib.

azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

2 gün sonra dondurucu və uzun qış gəlir – XƏBƏRDARLIQ

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: