Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Pravoslav kilsə liderləri görüşür

Dünyanın pravoslav kilsə liderləri Rusiyanın və digər 3 kilsənin boykotuna baxmayaraq, görüşüb. Bu, 1200 ildən bəri keçirilən ilk belə görüşdür.

İyunun 19-da Krit yunan adasında birhəftəlik şura başlanıb. Patriarx Varfolemey (Bartholomew) mərasimi açıb. “Bu böyük və müqəddəs şura vəhdət mesajı daşıyacaq”, o, yerli mediaya deyib.

Onillər boyu hazırlaşmalarına baxmayaraq, Pravoslav liderləri bu görüşdən öncə də fikir ayrılıqlarına son qoya bilməyiblər. Rusiya, Gürcüstan, Bolqarıstan və Suriyadakı kilsələr görüşü boykot edib.

Patriarx Kirill Moskvada deyib ki, Kritdə görüşən dini liderlərin daha sonra daha böyük görüşə hazırlaşa biləcəklərinə ümid edir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Serbiyanın “İpək Yolu”nda rolu

%d bloqqer bunu bəyənir: