Poroşenko Putin ilə danışmaq istəyir

Ukrayna prezidenti Petr Poroşenko XİN-ə Rusiya prezidenti Vladimir Putin ilə danışıqları təşkil etməyi tapşırıb.

Bu barədə Ukrayna liderinin saytında məlumat yayılıb.
XİN-ə Almaniya və Fransa rəhbərliyi ilə üçtərəfli Normand formatında telefon danışığının təşkil edilməsi və ABŞ vitse-prezidenti Cozef Bayden və Avropa Şurasının prezidenti Donald Tusk ilə danışıqlar üçün sorğunun göndərilməsi də tapşırılıb.
XİN rəhbəri Pavel Klimkinə Ukraynanın BMT-nin yanında missiya rəhbərliyinə Təhlükəsizlik Şurasında konsultasiya aparılması və hadisələrin gedişatı barədə məlumatlandırma tapşırılıb.
“ATƏT-in Xüsusi monitorinq missiyasına müraciət etmək Krım ilə sərhəddə maksimal dərəcədə qurumun müşahidəçilərinin iştirakını gücləndirmək və Rusiya tərəfindən işğalçı qoşunlardan ATƏT-in Xüsusi monitorinq missiyasının nümayəndələrinin Krımdakı obyektlərə girişinin təminatını tələb etmək lazımdır”, – Poroşenko bəyan edib.

24saat.org
Loading...

Sarayda etiraz aksiyası – “Erməni kilsələrinə verilən qazdan biz də istəyirik” FOTO

Sonrakı Yazı »

80 yaşlı qadın internetdə tanış olduğu kişiləri evinə çağırır və …

%d bloqqer bunu bəyənir: