Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Poroşenko Azərbaycana gəlir

Hakimiyyət Ukrayna prezidentinin ölkəmizdə Rusiya əleyhinə bəyanat səsləndirə biləcəyindən narahatdır

Ukrayna prezidenti Petro Poroşenko 14-16 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq. Bu, Ukraynanın dövlət başçısının ölkəmizə prezident olduğu müddət ərzində ilk səfəridir. Poroşenkonun gəlişinə qədər Ukrayna- Azərbaycan hökumətlərarası komissisiyanın iclası keçiriləcək. Nümayəndə heyətinin tərkibi səfərdən bir gün öncə məlum olacaq.

“Azadlıq”a daxil olan məlumata görə, Azərbaycan hakimiyyəti Poroşenkonun ölkəmizdə olarkən Rusiyanın əleyhinə bəyanatlar səsləndirə biləcəyindən narahatdır.

Qeyd edək ki, ötən ilin fevralında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko rəsmi Bakının Rusiyapərəst mövqe tutmaqda ittiham etmişdi. O, bildirmişdi ki, yerli KIV-ə Putinin işğalçı siyasəti haqda yumşaq yazmaq barədə göstəriş verilib: “Mən çıxıb deməliyəm ki, Bakıda mənə senzura qoyublar? Hansısa universitetə gedəndə mənə deyirlər ki, Rusiya haqqında danışma. Ölkəsi işğal olunan Ukrayna səfiri nədən danışmalıdır bəs?”

Təxminən bir ay əvvəl Azərbaycan hakimiyyətinin nəzarətində olan media orqanları Poroşenkoya qarşı hücuma keçmişdi. Ukrayna prezidentinin hədəfə alınmasının kökündə bu ölkənin deputatı Nadejda Savçenko və Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun Strasburqda Azərbaycandakı siyasi məhbuslarla bağlı aksiyaya qatılması idi.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sarkisyan “Aprel müharibəsi”nin dayandırılmasına görə Con Kerriyə təşəkkür etdi

%d bloqqer bunu bəyənir: