Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Polşanın Azərbaycandakı hərbi attaşesi geri çağırılıb

Polşanın müdafiə naziri Antoni Matsereviçin əmrinə əsasən, son aylar ərzində ölkənin Azərbaycandakı, ABŞ-dakı, Hollandiyadakı, Bellçikadakı, Bolqarıstandakı, Gürcüstandakı və Əlcəzairdəki hərbi attaşeləri geri çağırılıb. Virtualaz.org bildirir ki, bu barəıdə «Rosbalt» agentliyi xəbər verib.

Məlumata görə, onların yerini hələlik heç kim tutmayıb.

«Hüquq və ədalət» partiyasının deputatı, parlament üzvlərinin NATO ilə əlaqələrinə cavabdeh Marek Opyolanın sözlərinə görə, nazir etimad göstərdiyi attaşeləri toplamaq səlahiyyətinə malikdir.

«Zabitin yaxşı hazırlığı vaxt tələb edir. Şübhəsiz ki, vəziyyət narahatlıq doğurur, amma tezliklə hərbi attaşe vəzifələrinin yerləri doldurulacaq», – Opyola belə deyib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

NATO sammitində 18 prezident iştirak edəcək

%d bloqqer bunu bəyənir: