Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Polşa-Portuqaliya oyununda İstanbuldakı terror qurbanları yad ediləcək – UEFA QƏRAR VERDİ

AVRO-2016-da Polşa və Portuqaliya yığmaları arasında bu gün keçiriləcək 1/4 final matçında İstanbuldakı terror aktında həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

“Report” xəbər verir ki, UEFA bununla bağlı qərar qəbul edib.

Qeyd edək ki, Polşa-Portuqaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da Fransanın Marsel şəhərində keçiriləcək.

Xatırladaq ki, iyunun 28-də Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 44 nəfərə çatıb. Hadisədə daha 250-yə yaxın insan yaralanıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Qiqqs 29 ilini verdiyi klubdan ayrıldı

%d bloqqer bunu bəyənir: