Loading...
Loading...

Polkovnik: “Ordumuzun görəcəyi adekvat tədbirlər Ermənistanın tam iflasına gətirib çıxara bilər”

““İsgəndər” operativ-taktiki raket komplekslərinin (OTRK) hətta Ermənistana məxsus olmasını ehtimal etsək belə, yenə də bu, regiondakı hərbi qüvvələr balansının Azərbaycanın xeyrinə olmasına təsir göstərə bilməyəcək”.

APA-nın məlumatına görə, bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın müstəqilliyinə həsr olunmuş hərbi parada hazırlıq məqsədilə keçirilən məşqlərdə “İsgəndər” komplekslərinin nümayiş etdirilməsini şərh edərkən bildirib.
O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası və silahları keyfiyyət və kəmiyyət baxımından Ermənistan tərəfini xeyli üstələyir: “Ordumuzun silahlanmasındakı minlərlə müxtəlif hücum və müdafiə sistemləri dağıdıcı xarakterinə və məhvetmə xüsusiyyətinə görə ölkəmizə təhlükə mənbəyi ola biləcək istənilən hərbi obyektləri darmadağın etmək qabiliyyətindədir. Ölkəmizə qarşı yönələn istənilən təhdidə daha sərt və qəti cavab vermək imkanına malik Azərbaycan Ordusunun görəcəyi adekvat tədbirlər, daxili siyasi ziddiyyətlər və iqtisadi böhran içərisində olan Ermənistanın tam iflasına gətirib çıxara bilər”.
Qeyd edək ki, Ermənistanda parada hazırlıq çərçivəsində “İsgəndər” operativ-taktiki raket kompleksləri də nümayiş olunub.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Azərbaycanın zəngin ailələrin övladları Türkiyə mediasında – FOTOLAR

Loading...
%d bloqqer bunu bəyənir: